header

 Səudiyyə rejimi şiə din alimi barəsində edam cəzası çıxardı

Səudiyyə Ərəbistanının rejimi şiə din xadimi Şeyx Nimr Baqir ən-Nimr edam cəzasına məhkum edib

Bu barədə şiə aliminin vəkili Sadiq Əl-Cibran öz Twitter səhifəsində yazıb.
 
Vəkil bildirib ki, edam cəzası haqda hökmü Ər-riyad  məhkəməsi çıxarıb. Rəsmi dövlət qurumları hökmlə bağlı heç bir açıqlama verməyiblər.  Qeyd edək ki, ölkənin tanınmış şiə alimi olan Nimr 2011-ci ildə Bəhreyndə keçirilən aksiyalarda insanları nümayişə təhrik etmək, fitnə yaratmaq, təhlükəsizlik qüvvələrinə müqavimət göstərmək və silahlı insident yaratmaq kimi saxta ittihamlarla həbs olunub.
 
O, 2013-cü ildə mühakimə edilib. Şiələrin kompakt yaşadığı Katif şəhərində 2011-ci ildə keçirilən nümayişlərə dəstək verən 56 yaşlı din xadimi, oxuduğu cümə xütbələrində şiələrə edilən təzyiqləri pisləyib.
Səudiyyə Ərəbistanının rejimi şiə din xadimi Şeyx Nimr Baqir ən-Nimr edam cəzasına məhkum edib
“Ərdəbil Məhde Təşəyyo”
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 10/16/2017 12:59:32 PM
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap