header

 İŞİD-in hədəfindəki Orta Asiya, Kırım və Azərbaycan

...Artıq aydın görünür ki, “Mərkəzi Asiya baharı”na hazırlıq tam sürətlə gedir.

Artıq aydın görünür ki, “Mərkəzi Asiya baharı”na hazırlıq tam sürətlə gedir. Özü də şərqi Asiya istiqaməti ilə (Qırqızıstan və Özbəkistan) yanaşı radikallar qərb istiqamətindəki Türkmənistana da hücum hazırlayır. Bunu Əfqanıstanın şimal-qərb rayonlarında baş verənlər göstərir.
 
Nə qədər çox məlumat verilməsə də, sentyabrın əvvəlindən Əfqanıstan-Türkmənistan sərhədində vəziyyətin xeyli pisləşdiyi indi aydınlaşır. Yüzlərlə dinc sakin həlak olub, onlarla ev yandırılıb. Bu regiona xas olmayan kütləvi başkəsmələr qeydə alınıb. Ekspertlərə bu olaylar İŞİD-in xəttini xatırladır.
 
Türkmənistan sərhədçiləri çoxlu sayda itkilər verib. Bu isə onu göstərir ki, 2015-ci ilin “bahar hücumu” üçün  radikallar indidən sərhəd rayonlarını əhalidən təmizləmək istəyir.
 
Bunu nəzərə alaraq Türkmənistan dövləti ozünə müttəfiq axtarır. Belə ki, sentyabr ayının 14-də İranın müdafiə naziri general Hüseyn Dehqani Aşxabada rəsmi səfər edib. Səfərin əsas mövzusu Əfqanıstan tərəfindən Türkmənistana hücum zamanı İranın rəsmi Aşxabada hərtərəfli kömək edəcəyi ilə bağlı olub.
 
İŞİD Krımı qarışdırmaq istəyir
 
Suriyada müharibədə iştirak etmiş terrorçular Krımın da yaxınlığında toplaşıb. Görünür ki, Ukrayna hakimiyyəti ölkənin cənub-şərqində yaranmış barışıqdan istifadə etmək qərarına gəlib. Hakimiyət İŞİD üzvləri ilə birlikdə Krımı qarışdırmaq istəyir. Bu barədə bir neçə müstəqil mənbə məlumat yayıb. Rusiya da bu informasiyaya olduqca ciddi yanaşır. Həmçinin KİV-lər son vaxtlar yarımadada radikalların həbslərinin artması barədə məlumat yayır.
 
Krımın Mərkəzi dini idarəsinin müftisi Ruslan Saitvaliyev bildirib ki, sosial şəbəkələrdə Krım vəhhabiləri və Hizbut-Təhrir yarımadada cihada dəvət edir. Artıq Rusiya üçün sir deyil ki, Krım əhalisinin bir hissəsi radikallaşır. Deməli yarımadada terrorun təhlükəsi realdır.
 
“NQ” qəzetinin güc strukturundakı mənbələri bildirir ki, hazırda Ukraynanın cənubunda vəhhabilərin iki əsas bazası mövcuddur. Həmin bazalardan camaatın “verbovka”sı həyata keçirilir.
 
Mütəxəssislərin hesablamalarına görə, hazırda Rusiya üçün ən böyük təhlükə Dnepropetrovskda cəmlənib. Orada Krım Federal Dairəsinin ərazisində diversiya üşün “Krım” batalyonu yaranır.
 
Rusiya xüsusi xidmət orqanları və silahlı qüvvələri vəziyətin bu şəkildə inkişafına hazırdır. Krım KİV-lərinin yaydığı məlumata görə, yarımadada Ukrayna Daxili qoşunlarının keçmiş bölmələrinin əsasında RF DİN Daxili Qoşunları rusiya briqadası formalaşdırılıb. Onun bölmələri demək olar ki, vəhhabilərin təxribatı mümkün olan bütün ərazilərə nəzarət edir. Briqadanın 80%-i yerli sakinlərdən ibarətdir.
 
Bəs İŞİD-in Azərbaycanla bağlı planları nədir?
 
Rusiya Diplomatları Assosiasiyasının sədr müavini, Rusiya Federasiya Şurasının sədr müavininin müşaviri Andrey Baklanov yazır ki, İŞİD ərəb ölkələrində hakimiyyəti ələ almağa can atır. Onların planları İraq və Suriyada möhkəmləndikdən sonra “xilafəti” Səudiyyə Ərəbistanına doğru genişləndirməkdir. Daha sonra onlar Küveyt və onun nefti ilə məşğul olacaqlar. A.Baklanovun sözlərinə görə, İŞİD-in daha sonrakı hədəfi Türkiyə və Azərbaycandır.
 
Onun sozlərinə görə, İŞİD liderləri bu ölkələrdə də hakimiyyəti dəyişdirməyi zəruri hesab edirlər.  
 
Dİgər bir rusiyalı politoloq Qriqori Trofimçuk da Xəzəryanı ölkələrin sammiti ərəfəsi bu dövlətlərin rəhbərliyinə müraciət edərək, onları İŞİD-lə bağlı təhlükənin real qiymətləndirməyə çağırmışdı: “Xəzəryanı ölkələr artıq tamam başqa dünyada yaşayırlar. Yaxın Şərqdə yaradılmış terror təşkilatları olan İŞİD və ya ”Xorasan" tezliklə Mərkəzi Asiya və Xəzərdə olacaq. Onlar məhz bunun üçün yaradılıblar".
 
Sonda qeyd edək ki, hazırda İŞİD-in Azərbaycana gəlməsi üçün bütün zəruri şərtlər mövcuddur. Bu gün İŞİD-in tərkibində həm Azərbaycandan, həm də Şimali Qafqazdan olan döyüşçülər var. Bundan əlavə, ölkədə də onları dəstəkləyənlər az deyil və vaxtaşırı olaraq hüquq mühafizə orqanlarının keçirdiyi əməliyyat nəticəsində onlar dəstə-dəstə zərərsizləşdirilirlər. Amma bu hələ işlərin hamısı deyil. Və sosial şəbəkələrdə İŞİD tərəfdarları daim təbliğatla, təhdidlə məşğuldurlar. 
 
...Artıq aydın görünür ki, “Mərkəzi Asiya baharı”na hazırlıq tam sürətlə gedir.
“Ərdəbil Məhde Təşəyyo”
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 10/16/2017 12:59:32 PM
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap