header

 "Netanyahonun sözləri əsassızdır

İranın BMT-dəki nümayəndəliyi bu beynəlxalq təşkilatda Sionist rejim baş nazirinin İran haqda bəyan etdiyi sözlərini yol verilməz və əsassız sayıb.

"İranın BMT-dəki nümayəndəliyi bu beynəlxalq təşkilatda Sionist rejim baş nazirinin İran haqda bəyan etdiyi sözlərini yol verilməz və əsassız sayıb

İranın BMT-dəki nümayəndəliyi bir bəyanatda bazar ertəsi günü Nyu-Yorkda BMT-nin Baş Assambleyasında Sionist rejimin Baş naziri Benyamin Netanyahonun İran haqda danışdığı sözlərinə cavab olaraq deyib: Sionist rejimin bu fikirləri bəyan etmədə məqsədi son vaxtlar mülki fələstinlilərə qarşı törətdiyi cinayətlərə haqq qazandırmaqdır.

Bəyanatın digər hissəsində qeyd olunub: Sionist rejimin baş naziri BMT-nin Baş Assambleyasında bir sıra əsassız iddialar irəli sürməklə ictimaiyyətə təlqin etmək istəyir ki, müsəlmanlar terrorçu İŞİD qruplaşması ilə təmasdadırlar. Bu qrup özlərinin məqsədlərinə nail olmaq üçün İranofobiya və İslamofobiyaya üz tutur.

Bəyanatın digər hissəsində deyilir: Gülünc məsələ budur ki, təhlükəli silahları istehsal etmək həmçinin nüvə silahları və atom bombaları istehsal etməkdə uzun keçmişə malik İsrail rejiminin başqalarını ittihamlandırmağa cəsarət etməsi düşündürücüdür. Çünki beynəlxalq qurum və təşkilatlar bu rejimin təcavüzkar olduğunu göstərən sənədlərə malikdirlər.

Sionist rejimin baş naziri Benyamin Netanyaho bazar ertəsi günü BMT-nin Baş Assambleyasında etdiyi çıxışında Qəzzədə 50 günlük müharibədə Sionist İsrail ordusunun məğlubiyyətini ört-basdır etmək xüsusilə də göstərilən daxili təzyiqlərdən xilas olmaq üçün iddia edib: Nüvə silahına malik olan İran bəşər ictimaiyyətinin əleyhinə ən böyük bir təhdiddir.

Sionist rejimin hökumət nümayəndəsinin İrana qarşı bu əsassız ittihamı elə bir halda irəli sürülür ki, yüzlərlə atom bombası başlığına malik İsrail rejimin beynəlxalq stabillik və sabitliyin əleyhinə ciddi bir təhdid hesab olunur və Qərb bu təhlükəli rejimi hələ də himayə edir
İranın BMT-dəki nümayəndəliyi bu beynəlxalq təşkilatda Sionist rejim baş nazirinin İran haqda bəyan etdiyi sözlərini yol verilməz və əsassız sayıb.
“Ərdəbil Məhde Təşəyyo”
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 10/16/2017 12:59:31 PM
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap