header

 Azərbaycan hökumətinin sovetsayağı təcridetmə xisləti

 Azərbaycan hökumətinin sovetsayağı təcridetmə xisləti

Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən pandemiyanın sona çatmasının elan olunmasına baxmayaraq Azərbaycan Respublikası hökuməti 3 ildir tətbiq etdiyi məhdudiyyətləri saxlamaqda israrlıdır.

Sabah Azərbaycanda koronavirusa görə məhdudiyyətlərin tətbiq olunmasının üç ili tamam olur. Rəsmi məlumatlara görə, artıq Azərbaycanda koronavirusa yoluxma yox həddindədir. Ancaq pandemiya ilə bağlı tətbiq edilmiş məhdudiyyətlərin bəziləri hələ də qüvvədədir. Buraya quru sərhədlərin bağlı olması, hava limanında, iri ticarət mərkəzlərində, idman və sağlamlıq-bərpa obyektləri, toy və ya digər şənliklər, ali təhsil müəssisələri və kolleclərə COVID pasportunun tələb olunması daxildir.

Sovetdən qalma siyasətlə idarə edilən Azərbaycan Respublikasında sovetsayağı məhdudiyyətlərə meyil olduqca güclüdür. Bunun bir səbəbi bu rejimin qadağalara bir növ adətkərdə olmasıdır digər tərəfdən isə rüşvətxor sistemdə hərhansı məhdudiyyətin rüşvətə şərait yaratması faktıdır. Amma ən əsas səbəb xalqı izolyasiya etmək xislətidir hansı ki, sovetsayağı totaliter rejmlər həmişə xalqın gözünün açılmasından qorxur, öz xalqlarını dünyadan təcrid etməyə qərar verirlər. 

Sputnik Azərbaycan mövzu ilə bağlı Azərbaycan Həkimlər Birliyinin sədri Ədalət Rüstəmovun fikirlərini öyrənib. Rüstəmova görə  ÜST pandemiyanın başa çatdığını elan edib. Buna görə də Azərbaycan pandemiya ilə bağlı qadağaları ləğv etməlidir.

Gündə 4 nəfərin ölümlə nəticələnməyən koronavirusa yoluxmasına görə sərhədlərini dünyanın üzünə bağlayan və Cənubi Qafqazda Şimali Koreya mənzərəsi yaradan bir rejimin Həkimlər Birliyinin sədri də sərhədlərin bağlı qalmasının koronavirusla bağlı olmadığını dilə gətirib. 

Demək səhiyyə sahəsində təxəssüslü birisinin pandemiya bəhanəsi ilə sərhədləri bağlı saxlamağın gülünc olduğuna eyham vurması, izolyasiya aludəçisi olan rejimin xislətinə işarədir.

Rəsmi Bakının sovetdən götürmə başqa xisləti isə onun öz niyyətini başqa ad altında həyata keçirmək “məharəti”-dir. Xalqdan həmişə qorxaraq onun hərhansı əlaqələrinə mane olmağa çalışan bu rejim bunu olmayan pandemiya bəhanəsi ilə edə bilirsə, dindarlara qarşı repressiyalarının kökündə duran ateist niyyətlərini də İrana casusluq ittihamı ilə gizlədir. Son günlər bu rejimin təcridetmə aludəçiliyinin növbəti təzahüru dini məkanları ziyarət edənlərin həbsində özünü büruza verdi. Həmin şəxslər inanclarına görə həbs edilsələr də, hakimiyyət onları İran casusu adlandırdı.

Burada bəziləri 37-ci illərin tutqularını xatırladırlar. Stalinin vaxtında bir xeyli adamı casusluqda ittiham edib güllələyiblər. Əslində bu, ona görə vacib olub ki, həmin adamlar yəni Stalinə partiya qurultayında səs verməyənlər güllələnməli imişlər, uyğun maddə casusluğa dair olub. Ölüm cəzası casusluğa görə yox, məsələn, partbileti itirməyə görə verilsəydi, o adamları da məhz partbileti itirdiklərinə görə edam edəcəkdilər.

Azərbaycanda edam hökmu olmasa da metod eynidir, rejimin xoşuna gəlməyənlər maksimum cəzası olan ittiham ilə həbs edilməlidirlər.

Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən pandemiyanın sona çatmasının elan olunmasına baxmayaraq Azərbaycan Respublikası hökuməti 3 ildir tətbiq etdiyi məhdudiyyətləri saxlamaqda israrlıdır.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 03-14-2023
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap