header

 Türkiyədə binaların çökməsinə görə 55 nəfər həbs edilib

 Türkiyədə binaların çökməsinə görə 55 nəfər həbs edilib

Kahramanmaraşdakı zəlzələlərlə bağlı aparılan istintaq çərçivəsində bələdiyyə sədri saxlanılıb, 55 nəfər həbs edilib.

Tashaio.com-ın məlumatına görə, Türkiyədə zəlzələ nəticəsində dağılmış binalarla bağlı 612 şübhəli barəsində araşdırma aparılıb.Bu barədə Türkiyə ədliyyə naziri Bəkir Bozdağ bildirib.

Nazir, onlardan 184-nin saxlanıldığını, 55-nin isə artıq həbs edildiyini vurğulayıb.

Bəkir Bozağın sözlərinə görə, indiyədək zəlzələ nəticəsində dağılan 7 min 598 binadan nümunələr götürülərək onların ekspertizası aparılıb.

Nazir dağılan binalarda dağıntıların altında qalanların çıxarılması işini tamamlandığını deyib.

Türkiyənin Qaziantep şəhərinin Nurdağı rayonunun bələdiyyə sədri Ökkeş Kavak da saxlanılıb.O, Kahramanmaraşda baş vermiş zəlzələ ilə bağlı aparılan istintaq çərçivəsində tutulub.

Qeyd edək ki, fevralın 6-da ocağı Türkiyənin Kahramanmaraş şəhərinin Pazarcık rayonunda olan şiddətli zəlzələ minlərlə binanın dağılması ilə nəticələnib, ən son məlumata görə hadisə nəticəsində 44 218 nəfər ölüb.

Bəzi ekspertlər son zəlzələdə insanların əslində korrupsiya və rüşvətin qurbanı olduqlarını deyirlər. Xüsusilə də inşaat işində olan podratçı şirkətlər əsasən hakimiyyətə yaxın şirkətlərdir.

Kahramanmaraşdakı zəlzələlərlə bağlı aparılan istintaq çərçivəsində bələdiyyə sədri saxlanılıb, 55 nəfər həbs edilib.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 02-25-2023
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap