header

 Almaniya təhlükəsizlik səbəbi ilə İstanbuldakı konsulluğunu bağlayır

 Almaniya təhlükəsizlik səbəbi ilə İstanbuldakı konsulluğunu bağlayır

Almaniya Xarici İşlər Nazirliyi verdiyi açıqlamada İstanbuldakı konsulluğunun təhlükəsizlik səbəbi ilə bağlandığını açıqlayıb.

Rusiyanın Ria Novosti xəbər agentliyinin verdiyi məlumata görə, Almaniya Xarici İşlər Nazirliyinin Türkiyədəki vətəndaşlarına etdiyi xəbərdarlıqdan sonra Almaniyanın İstanbulun mərkəzindəki Baş Konsulluğunun terror aktları riskinin artması səbəbindən bu gündən etibarən bağlanılacağını açıqlayıb.

Son həftələr bəzi Avropa ölkələrində, o cümlədən İsveçdə ifrat sağçı qruplar Qurani-Kərimi təhqir edib və bu cür təhqiramiz hərəkətlər Türkiyədə müsəlmanların qəzəbinə səbəb olub.

Bu arada Almaniya Federal Xarici İşlər Nazirliyi öz vətəndaşlarına İstanbulun Bəyoğlu bölgəsində və Taksim meydanı ətrafında yüksək hücum riski ilə bağlı xəbərdarlıq edib və bununla əlaqədar olaraq, vətəndaşlarına çox ayıq-sayıq olmağı, toplaşmaqdan və bacardıqları qədər ictimai yerlərə getməkdən imtina etməyi tövsiyə edib. 

Ötən həftə Almaniya, İsveç, Norveç və Danimarka, eləcə də Amerika Birləşmiş Ştatları öz vətəndaşlarına Türkiyədə mümkün hücum riski ilə bağlı xəbərdarlıq ediblər.

Almaniya Xarici İşlər Nazirliyi verdiyi açıqlamada İstanbuldakı konsulluğunun təhlükəsizlik səbəbi ilə bağlandığını açıqlayıb.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 02-01-2023
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap