header

 Türkiyə: "İsveç hələlik NATO-ya daxil olmaq xülyasını unutmalıdır

 Türkiyə: "İsveç hələlik NATO-ya daxil olmaq xülyasını unutmalıdır

Türkiyənin hakim partiyası bildirir ki, bu ölkənin İsveçlə NATO-ya üzvlüklə bağlı danışacaq heç bir şeyi yoxdur və vəziyyət geriyə doğru gedir.

Tashaio.com-ın məlumatına əsasən, Türkiyənin Hakim Ədalət və İnkişaf Partiyasının sözçüsü Ömər Çelik qeyd edib ki, İsveçin ifrat sağçı fəalları bu ölkə hökumətinin icazəsi ilə Türkiyə səfirliyi qarşısında Qurani-Kərimi təhqir etdiyinə görə Stokholm artıq NATO-ya üzvlüklə bağlı Türkiyədən dəstək gözləməməlidir. 

Ömər Çelik CNN-ə deyib: "İsveçlə nə ilə bağlı danışmalıyıq? İsveç verdiyi vədlərin heç birini tutmadı. Bu kontekstdə görüş keçirməyin mənası yoxdur. Onlar İrəliyə doğru getmək istəyirlər, amma indi geriyə gedirik".

Rusiyanın Ukraynaya təcavüzündən sonra Finlandiya və İsveç NATO-ya üzv olmaq üçün müraciət etdilər və bu, bütün 30 üzv tərəfindən təsdiqlənməlidir. Amma Türkiyənin şərtləri var idi; O cümlədən, bu iki Skandinav ölkəsi kürd fəalları və PKK tərəfdarlarını dəstəkləməməlidirlər və şübhəliləri Türkiyəyə qaytarmalıdırlar. Lakin çoxtərəfli danışıqlar bir çox maneələrlə üzləşib və bir ekstremistin Türkiyənin Stokholmdakı səfirliyi qarşısında son hərəkəti vəziyyəti daha da mürəkkəbləşdirib.

Danimarkalı-isveçli ifrat sağçı Rasmus Pauldan Ankaranın İsveçin NATO-ya üzv olması ilə bağlı mövqeyinə etiraz olaraq, şənbə günü Stokholmda Türkiyə səfirliyi qarşısında təşkil etdiyi nümayişdə Qurani-Kərimi təhqir edib.

Bundan sonra NATO-nun baş katibi Yens Stoltenberq Stokholmda Qurani-Kərimin təhqir olunmasına etiraz olaraq, İsveçin NATO-ya üzvlüyünə mane olacağı ilə hədələyən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın mövqeyini tənqid edib. Bazar ertəsi Ərdoğan bildirib ki, şənbə günü Stokholmda ölkəsinin səfirliyi qarşısında baş verən hadisədən sonra İsveç NATO-ya qoşulmaq üçün daha Ankaranın "dəstəklərinə" ümid edə bilməz.

Türkiyənin hakim partiyası bildirir ki, bu ölkənin İsveçlə NATO-ya üzvlüklə bağlı danışacaq heç bir şeyi yoxdur və vəziyyət geriyə doğru gedir.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 01-26-2023
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap