header

 İran Azərbaycanı hərbi təlimlər barədə məlumatlandırıb

 İran Azərbaycanı hərbi təlimlər barədə məlumatlandırıb

İran İslam Respublikasının səfiri ölkəsinin Azərbaycanla sərhədə yaxın bölgələrdə hərbi təlimlər keçirməsinə aydınlıq gətirib.

Tashaio.com-ın məlumatına əsasən, Seyid Abbas Musəvi jurnalistlərə açıqlamasında bildirib ki, İran Azərbaycanı hərbi təlimlər barədə məlumatlandırıb.

 

“Biz bu hərbi təlimlər barədə qardaş Azərbaycana məlumat vermişdik. Onlar bu təlimlərdən məlumatlı idilər. Bu, sülh naminə olan təlimlərdir”, - deyə Seyid Abbas Musəvi bildirib.

Səfir İran rəsmilərinin tez-tez Ermənistan lehinə bəyanatlar səsləndirilməsinə dair suala da cavab verib. Diplomat bu haqda bildirib: “Bu, İranın hər hansısa bir tərəfi dəstəkləməsi məsələsi deyil, sadəcə İranın uzunmüddətli strateji maraqları ilə bağlıdır. Biz maraqlarımız çərçivəsində öz mövqeyimizi bildiririk".

İran İslam Respublikasının səfiri ölkəsinin Azərbaycanla sərhədə yaxın bölgələrdə hərbi təlimlər keçirməsinə aydınlıq gətirib.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 10-18-2022
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap