header

 Elşən Mustafaoğlu 8 illik həbs həyatını başa vurub

 Elşən Mustafaoğlu 8 illik həbs həyatını başa vurub

Azərbaycan Respublikasında 8 il uzanan həbs həyatını başa vuran tanınmış ilahiyyatçı alim Elşən Mustafaoğlu azadlığa buraxılıb.

Tashaio.com-ın məlumatına əsasən, “Yeni Şərq” Elmi Araşdırmalar Mərkəzinin direktoru Hacı Elşən Mustafaoğlu 2014-cü il dekabrın 19-da naməlum səbəblər əsasında həbs olunub və onun barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib, sonra isə ona 8 il iş verilib.

Elşən Mustafaoğlu 2006-2007-ci illərdə "İctimai" TV-də kanalın ən populyar verilişlərindən olan "Cümə Söhbəti" verilişinin müəllifi və aparıcısı olub. 2007-ci ildə ANS TV-də "Allah Haqqı" verilişinin aparıcısı olub.

O həmçinin 20-yə yaxın elmi-nəzəri seminar və elmi toplantı təşkil etmiş, bir neçə yerli və beynəlxalq konfranslarda, o cümlədən, ABŞ, Türkiyə, İran, Misir və Səudiyyə Ərəbistanında keçirilən konfrans və seminarlarda iştirak və bir neçəsində məruzə ilə çıxış etmişdir.

Bundan əvvəl isə 1993-1998-ci illərdə Azərbaycan Respublikası Təhsil Nazirliyinin xəttilə İran Beynəlxalq Universitetinin Humanitar elmlər fakültəsində “İlahiyyat pedaqogikası və İslam maarifi” ixtisası üzrə ali təhsil alıb.

Azərbaycan Respublikasında 8 il uzanan həbs həyatını başa vuran tanınmış ilahiyyatçı alim Elşən Mustafaoğlu azadlığa buraxılıb.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 06-25-2022
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap