header

 Sionist rejim təhlükəsizlik sistemlərinin sındırıldığını etiraf edib

 Sionist rejim təhlükəsizlik sistemlərinin sındırıldığını etiraf edib

«Musanın əsası» adlı haker qrupu sionist rejimin casusluq hava şarının Beyt-Hanun şəhərində Qəzzənin üzərinə düşməsinin məsuliyyətini üzərinə götürüb.

Tashaio.com-ın məlumatına əsasən, Sionist rejimin casusluq-hərbi hava şarı cümə günü Qəzzə zolağının şimalında süqut edib və Fələstin müqavimət qüvvələrinin əlinə düşübdür.

Medialar xəbər veriblər ki, modern təchizatlar daşıyan bu hava şarı heç bir xəsarət almadan müqavimət qüvvələrinin əlinə keçib.

«Əl-Rəy əl-Yəum» qəzetinin vebsaytı sionist «Yediot Aharonot» nəşrinə istinadla yazıb: Bu casusluq hava şarının qiyməti, iki milyon «şekel», başqa sözlə, 580 min dollardır.

«Yediot Aharonot» qeyd edibdir ki, «Musanın əsası» haker qrupu bu hava şarının Qəzzənin üzərinə düşməsinin məsuliyyətini öz üzərinə götürübdür.

Bu sionist medianın bildirdiyinə görə, hava şarı modern casusluq və fotoqrafiya təchizatlarına malik olub və sionist rejim ondan hərbi və kəşfiyyat hədəfləri üçün istifadə edirmiş.

İndiyə kimi sionistlərin sistemləri və hədəflərinə qarşı bir neçə əməliyyat keçirmiş «Musanın əsası» haker qrupu bildiribdir ki, hava şarının süqutu, hələ işin əvvəlidir. Bu qrup sionist rejimə xəbərdarlıqla vurğulayıbdır ki, bütün sahələrdə hücumlar davam edəcək.

Sionist rejim müqavimət qüvvələrinin bu hava şarının modern texnologiyası və həssas informasiyalarını əldə etmələrindən qorxur.

«Musanın əsası» haker qrupu bundan əvvəl işğal olunmuş ərazilərdəki küçələrdə quraşdırılmış müşahidə kameraları və sionist rejimin silah şirkətlərinin kameralarını sındırmışdı.

«Musanın əsası» adlı haker qrupu sionist rejimin casusluq hava şarının Beyt-Hanun şəhərində Qəzzənin üzərinə düşməsinin məsuliyyətini üzərinə götürüb.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 06-19-2022
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap