«Zülcənah» peykdaşıyıcısının orbitə buraxılması
«Zülcənah» peykdaşıyıcısının orbitə buraxılması
Posted on : Digər sahələr 06/16/2022
İran müdafiə nazirliyinin rəsmi nümayəndəsi deyib: «Zülcənah» peykdaşıyıcısı üçün üç tədqiqat atışı planlaşdırılıbdır ki, indiyədək bir tədqiqat atışı həyata keçirilib və iki tədqiqat atışı da həyata keçiriləcək.
Tashaio.com-ın məlumatına əsasən,İranın üçetaplı hibrid yanacaqlı peykdaşıyıcısı olan «Zülcənah», əlli iki ton çəkiyə və 25,5 metr uzunluğa malikdir. Bu peykdaşıyıcısı İranın müdafiə nazirliyinin mütəxəssisləri tərəfindən düzəldilib və ilk mərhələdə bərk yanacaq mühərrikinə malik olan ilk yerli peykdaşıyıcısıdır.
Diametri 1,5 metr olan «Zülcənah»ın bərk yanacaqla işləyən mühərrikləri tərəfindən yaradılan ümumi dartma qüvvəsi, 74 tondur.
İran müdafiə nazirliyinin rəsmi nümayəndəsi Seyid Əhməd Hüseyni verdiyi müsahibədə «Zülcənah» peykdaşıyıcısının tədqiqat atışları barədə əlavə edib: «Zülcənah», hibrid yanacaqla işləyən üçetaplı peykdaşıyıcısıdır və hər tədqiqat atışında müxtəlif mərhələlərin fəaliyyəti araşdırılır və dəyərləndirilir.
İran müdafiə nazirliyinin rəsmi nümayəndəsi vurğulayıb: Peykdaşıyıcısının düzgün fəaliyyətinə əminlik və texnologiyanın təsbit edilməsilə, «Zülcənah» 500 kilometrlik orbitdə 220 kiloqramlıq çəkiyədək olan yükləri daşımağa qadir olacaq.