header

 "İranla imzalanmış memorandum Ermənistanın manevrlərini tam əhəmiyyətsiz edir"

 "İranla imzalanmış memorandum Ermənistanın manevrlərini tam əhəmiyyətsiz edir"

Azərbaycan Təhlükəsizlik Şurasının katibi rəsmi mətbuata müsahibəsində bildirib ki, prezident İlham Əliyev Naxçıvana açılacaq birbaşa quru yol dəhlizinin alternativ variantı ilə sübut etdi ki, Cənubi Qafqazda əsas güc mənbəyi, söz sahibi Azərbaycandır.

Tashaio.com-ın məlumatına əsasən, Ramil Usubov qeyd edib ki, növbəti mərhələ Zəngəzur dəhlizinin açılmasıdır ki, artıq İrəvan burada maneə yaratmaq imkanlarını itirir: "Bu prosesdə Azərbaycan prezidentinin təşəbbüsü ilə İranla imzalanan anlaşma memorandumu əsasında, İran-Ermənistan sərhədindən 5 kilometr cənubdan keçərək Şərqi Zəngəzur ilə Naxçıvanı birləşdirən yeni nəqliyyat qovşağı çəkiləcək. Dəmiryol xəttindən, çoxzolaqlı avtomobil şosesindən, elektrik enerji ötürmə xətlərindən, rəqəmsal rabitə və başqa elementlərdən ibarət olacaq yeni nəqliyyat arteriyası Zəngəzur dəhlizi ilə bağlı Ermənistanın manevrlərini tam əhəmiyyətsiz edir."

Onun sözlərinə görə, Ermənistan hakimiyyəti belə düşünür ki, yeni nəqliyyat qovşağı məsələsində guya üstün mövqedədir və şərtləri o diktə etməlidir. Ancaq prezident Əliyev cəmi 5 kilometr coğrafi fərqlə bu nəqliyyat qovşağının istifadəyə veriləcəyini bəyan etdi və Ermənistan növbəti dəfə hesablarında yanıldı.

Azərbaycan Təhlükəsizlik Şurasının katibi rəsmi mətbuata müsahibəsində bildirib ki, prezident İlham Əliyev Naxçıvana açılacaq birbaşa quru yol dəhlizinin alternativ variantı ilə sübut etdi ki, Cənubi Qafqazda əsas güc mənbəyi, söz sahibi Azərbaycandır.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 06-14-2022
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap