header

 Avropa Birliyi qapılarını Türkiyənin üzünə çırpdı

 Avropa Birliyi qapılarını Türkiyənin üzünə çırpdı

Avropa Parlamentinin anti-Türkiyə hesabatının böyük əksəriyyətlə qəbul olunması Avropa İttifaqına qatılmaq üzrə müzakirələr qapısını Ankaranın üzünə qapadı.

Tashaio.com-ın məlumatına əsasən, 446 lehinə, 67 əleyhinə və 107 tərəfsiz səs, Avropanın Türkiyə məsələləri üzrə xüsusi məruzəçisi Naço Sançes Amorun 26 səhifəlik hesabatı barədə Avropa Parlamentində keçirilən səsvermənin nəticəsidir. Naço Sançes Amor bu hesabatı bir il ərzində toplayıbdır.

Yaşıl qitəyə qoşulmaq sevdasına düşmüş Türkiyənin böyük əksəriyyətlə həmişəlik olaraq rədd edilməsi barədə qərarın qəbul olunması.

1999-cu ildə başlanan bu proses 2014-cü ildən tənəzzülə uğramağa başlayıb.

Bu qərarda Avropa Parlamentinin sözünün qayəsi budur ki, Türkiyədə hakim Ədalət və İnkişaf Partiyası, xüsusən dövlət çevrilişindən bəri hüquqi və siyasi repressiya siyasəti yürüdübdür.

Amma partiyanın lideri Ərdoğan bu mərhələlərə çatmazdan öncə, onun səbəbini başqa bir şey adlandırıbdır.

m.m- Biz müsəlmanıq. Müsəlman olmağımız, avropalıların bizi öz birliklərinə qəbul etməmələrinin ən mühüm səbəbidir. Bu, ilk və son sözdür.

Bu dəfə də həmişə olduğu kimi, Türkiyənin xarici işlər nazirliyi və hakim partiya Avropa Parlamentinin qərarına qarşı kəskin bəyanat yayıblar. Bu, Türkiyədə hakim partiyanın sözçüsünün ifadəsidir.

m.m- Hesabatın bütün bəndlərində Türkiyəni tənqid atəşinə tutublar. Gözləyirdik ki, tənqid yerinə, miqrantlar məsələsinə görə, bizə təşəkkür edəcəklər.

Türkiyənin avropalılaşması prosesi illərdir, bu ölkə daxilində daimi əleyhdarlara da malikdir. Hazırda hökumətlə müxalif partiyalar koalisiyasında olan Səadət partiyasının rəhbəri kimi müxtəlif partiyaların liderləri.

Ekspetlərin qənaətlərinə gəlincə, bu hesabatın qəbul edilməsi, Türkiyənin avropalılaşması üzrə müzakirələr qapısını həmişəlik olaraq örtülü saxlaya bilər.

Avropa Parlamentinin anti-Türkiyə hesabatının böyük əksəriyyətlə qəbul olunması Avropa İttifaqına qatılmaq üzrə müzakirələr qapısını Ankaranın üzünə qapadı.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 06-13-2022
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap