Beynəlxalq Əfv Təşkilatından Bəhreyndə insan haqları pozuntularına reaksiya
Posted on : Millenarianism 10/16/2017 12:59:43 PM
Bəhreyndə insan haqları pozuntuları davam edir
Beynəlxalq Əfv Təşkilatı Bəhreyn hökumətinin islahat haqda
verdiyi sözləri üzərində durmamasını pisləyib. Təşkilat ölkədə təzyiqlərin
davam etdiyini qeyd edib. Beynəlxalq Əfv Təşkilatının Yaxın Şərq və
Şimali Afrika üzrə sədri Səid Bumudohe Bəhreyndə xalq qiyamından 4 il keçməsinə
baxmayaraq repressiya və zorakılığın artdığını və təhlükəsizlik qüvvələri
tərəfindən insan haqları pozuntularının geniş vüsət aldığını bildirib. Xəbərdə
Bəhreyndə məhbusların sayının artmasıyla yanaşı, 18 yaşdan aşağı kəslərin belə
məhbuslar arasında olduğu və məhbusların müxtəlif işgəncələrə məruz qaldığı
bildirilir. Qeyd edək ki, dünən Bəhreyndə xalq tərəfindən yenidən geniş etiraz
aksiyaları və yürüşlər keçirilib və başda "Əl-Vifak" hərəkatının
rəhbəri Şeyx Əli Salman olmaqla bütün məhbusların azadlığa buraxılması və insan
haqlarına riayət olunması tələb olunub.