header

 Bu gün Həzrət Əbülfəzl Abbasın (ə) viladətinin ildönümü günüdür

 Bu gün Həzrət Əbülfəzl Abbasın (ə) viladətinin ildönümü günüdür

Bu gün bazar ertəsi 1443-cü hicri qəməri ili şəban ayının 4-ü, 2022-ci milad ili martın 7-i Həzrət Əbülfəzl Abbasın (ə) viladətinin ildönümü günüdür.

Tashaio.com-ın məlumatına əsasən, Dünya şiələrinin birinci imamı, Həzrət İmam Əlinin (ə) övladlarından olan Həzrət Abbas hicrətin 26-cı ilində, şaban ayının dördündə Mədinə şəhərində dünyaya göz açır. Onun məşhur ləqəbləri "Əbülfəzl, Qəməri Bəni Haşim, Kərbəla Ələmdarı və Səqqa"dır. 

Ohəzrətin əziz anası Ümmül Bənin adlı bir qadın idi. Xanım Fatimənin (s) vəfatından sonra mam Əli (ə) ilə ailə qurmuşdu. 

Həzrət Əbülfəzl Abbas(ə) Aşura qiyamının qəhrəmanlarındandır. O, öz fədakarlığı və şəhadəti ilə zəmanəsinin imamı olan Həzrət İmam Hüseynə (ə) olan eşq və məhəbbətini ən gözəl formada nümayiş etdirdi və beləliklə, həqiqət yolunun davamçıları üçün loyallığın layiqli nümunəsi ləqəbini aldı.

Həzrət Əbülfəzl Abbasın(ə) mövlüd günü İran İslam Respublikası təqvimində "müharibə əlilləri günü" olaraq, qeyd olunur. 

Həzrət Əbülfəzl Abbasın(ə) mövlud günü münasibəti ilə bütün dünya müsəlmanlarını təbrik edirik. 

Bu gün bazar ertəsi 1443-cü hicri qəməri ili şəban ayının 4-ü, 2022-ci milad ili martın 7-i Həzrət Əbülfəzl Abbasın (ə) viladətinin ildönümü günüdür.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 03-07-2022
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap