Fələstinlilərin təqribən 80 faizi Mahmud Abbasın istefasını istəyir
Posted on :
Digər sahələr
09/22/2021
Fələstin Siyasi Araşdırmalar və Statistika Mərkəzininin apardığı sorğunun nəticəsinə görə, fələstinlilərin təqribən 80 faizi Fələstin Administrasiyasının rəhbəri Mahmud Abbasın istefasını istəyir.
Tashaio.com “samanews”- a istinadla xəbər verir ki, sorğuda iştirak edən fələstinlilərin 78 faiz M.Abbasın istefasını, 19 faizi isə onun öz vəzifəsində qalmasını istəyib.
Fələstin Siyasi Araşdırmalar və Statistika Mərkəzi yayımladığı məlumatda bildirib ki, altı ay öncə aparılmış sorğuda fələstinlilərin 68 faizi Mahmud Ababsın istefasını istəyirdi.
Qeyd olunub ki, sorğu 15-18 sentyabr 2021-ci ildə Qəzza zolağı və İordan çayının qərb sahili bölgəsində yaşayan fələstinlilər arasında aparılıb. Sorğuda 1270 nəfər iştirak edib.