header

 Xətibzadə: Azərbaycan iranlı sürücüləri azad etsin!

 Xətibzadə: Azərbaycan iranlı sürücüləri azad etsin!

İran Xarici İşlər Nazirliyinin mətbuat katibi Gorus-Qafan yolu ilə bağlı yaranmış problemdən danışıb və ölkəsinin bu haqda mövqeyini şərh edib.

Tashaio.com-ın məlumatına əsasən, Səid Xətibzadə öz həftəlik brifinqində Gorus-Qafan yolunda saxlanmış iki iranlı sürücü ilə bağlı bildirib ki, Tehran Azərbaycan Respublikasından həbsdə olan həmin sürücülərin tezliklə azad edilərək öz yollarını davam etmələrinə icazə verməsini gözləyir.

Gorus-Qafan yolunun bağlanması məsələsinə gəlincə hökumət rəsmisi qeyd edib ki, İran İslam Respublikası qonşu ölkələr olan Azərbaycan Respublikası və Ermənistanla yaxın münasibətlərinə xatir müharibədən sonra əldə edilmiş razılaşmanın icrasına köməklik göstərməyə çalışır, qonşu ölkələrin inkişafını öz inkişafı hesab edir. Bütün qonşular inkişaf, sülh və stabilliyin kollektiv şəkildə mümkün olduğunu bilməlidirlər.  

Onun sözlərinə görə, regional əməkdaşlıq sülh və stabilliyin əsasıdır. Hazırda baş verən proseslər kollektiv əməkdaşlığa çevrilməlidir və yeganə yol kollektiv əməkdaşlıqdır.

İran Xarici İşlər Nazirliyinin mətbuat katibi Gorus-Qafan yolu ilə bağlı yaranmış problemdən danışıb və ölkəsinin bu haqda mövqeyini şərh edib.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 09-19-2021
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap