İsrail rejimi Hizbullahla qarşı terror dəstə yaratmaq niyyətindədir
İsrail rejimi Hizbullahla qarşı terror dəstə yaratmaq niyyətindədir
Posted on : Digər sahələr 09/18/2021
Sionist rejiminin Haaretz qəzeti yazır: "İsrail (sionist rejim) ordusu Hizbullah müqavimət qüvvələrinin bölgəyə nüfuz etməsinin qarşısını almaq üçün işğal altında olan Fələstinin şimalındakı Əl-Cəlil bölgəsində “arı dəstəsi" adlı ehtiyat dəstə yaratmaq niyyətindədir".
"Tashaio.com"ın Yaxın Şərq KİV-nə istinadən verdiyi xəbərə görə, yüzlərlə hərbi qulluqçudan, Əl-Cəlil bölgəsinin sakinlərindən, keçmiş xüsusi təyinatlılardan və sionist rejimin piyadalarından ibarət dəstə, müharibə vəziyyətində çevik hərəkət qüvvəsi kimi fəaliyyət göstərəcək. Qəzetin yazdığına əsasən, sionist rejimin ordusuna yardım göstərmək üçün bu dəstənin formalaşdırılması bu ilin sonunadək həyata keçiriləcək. İsrail rejiminin hərbi ekspertləri Hizbullahın işğal altında olan Fələstindəki hər hansı hədəfi əhatə edən və İsrail rejiminə ciddi təhlükə yaradan 70.000-dən çox müxtəlif mənzilli raketlərin olduğunu hesab edir.