Ayətullah İbrahim Rəisi İranın 8-ci prezidenti seçildi
Posted on :
Digər sahələr
06/19/2021
Ayətullah İbrahim Rəisi İranın 8-ci prezidenti seçildi
Tashaio.com xəbər verir ki, bunu İranın Seçki Qərargahının sədri Camal Ürf deyib.
O bildirib ki, indiyədək 28 milyon 600 min səsvermə vərəqəsi hesablamıb.
İlkin hesablamaya görə, Ayətullah Seyid İbrahim Rəisi 17 milyon 800 min səs toplayıb.
Onun rəqibləri Möhsin Rezayi 3 milyon 300 səs, Əbdünasir Himməti 2 milyon 300 min səs, Qazizadə Haşemi 1 milyon səs toplayıb.
Qeyd edək ki, artıq namizədlərdən Ə. Himməti və M.Rezayi Seyid İbrahim Rəisini qələbısi mümasibətilə təbrik ediblər. Bundan başqa İran prezidenti Həsən Ruhani də İbrahim Rəisi ilə görüşüb onu təbrik edib.