header

 Ayətullah Xameneinin nümayəndəsi Səudiyyənin həcclə bağlı qərarını qınadı

 Ayətullah Xameneinin nümayəndəsi Səudiyyənin həcclə bağlı qərarını qınadı

İranın Ali Lideri Ayətullah Xameneinin həcc və ümrə məsələləri üzrə nümayəndəsi höccətül-islam seyyid Abdül-Fəttah Nəvvab Səudiyyə Ərəbistanının həcc ilə bağlı qərarını qınayıb.

Bu barədə İran mətbuatı məlumat yayıb. 

Onun sözlərinə görə, Səudiyyə Ərəbistanı ötən il olduğu kimi, bu il də həcclə bağlı qərarını həvəssiz elan edib, halbuki Ər-Riyad digər ölkələrdən də hacıları məhdud şəkildə olsə belə, qəbul edə bilərdi.    

Həmçinin Nəvvab onu da vurğulayıb ki, Səudiyyə Ərəbistanı İranla heç bir məsləhətləşmə aparmadan bu qərarı qəbul edib.  

Qeyd edək ki, Səudiyyə Ərəbistanının Həcc və Ümrə Məsələləri Nazirliyi bu ilki Həcc ziyarəti zəvvarlarının limitinin 60 min nəfər olduğunu və yalnız Səudiyyə Ərəbistanı vətəndaşlarının və ölkədə yaşama izni olanların Həcc ziyarətinə qatıla biləcəyini bildirib.  

İranın Ali Lideri Ayətullah Xameneinin həcc və ümrə məsələləri üzrə nümayəndəsi höccətül-islam seyyid Abdül-Fəttah Nəvvab Səudiyyə Ərəbistanının həcc ilə bağlı qərarını qınayıb.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 06-14-2021
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap