header

 Aİ Qüdsdə gərginliyi azaltmağa dəvət etdi

 Aİ Qüdsdə gərginliyi azaltmağa dəvət etdi

Avropa İttifaqı (Aİ) şənbə günü (8 may) İsrail rejimi polisi ilə işğal altındakı Qüdsdə etiraz edən fələstinlilər arasında yaşanan qarşıdurmaları qınayıb.

Tashaio.com xəbər verir ki, Brüssel sionist rejimin bu etirazların meydana gəlməsindəki rolundan və sionist rejimin əsgərlərin zorakılığından bəhs etmədən verdiyi bəyanatında, bütün tərəfləri cinayətkarları məsuliyyətə cəlb etməyə çağırıb və qarşıdurmaları qınayıb.

 

Aİ səlahiyyətliləri Qüdsdəki gərginliyi azaltmaq üçün təcili tədbir görməyə çağırıb.

 

Bəyanatda belə qeyd edilib: “Məbəd dağı və ya müqəddəs ziyarətgah ətrafında təxribatçı hərəkətlərdən çəkinmək lazımdır və mövcud müəyyən edilmiş vəziyyətə hörmət edilməlidir.

 

Hər tərəfdən siyasi, dini və ictimai liderlər təmkin və məsuliyyət göstərməli və bu dəyişkən vəziyyəti sakitləşdirmək üçün əllərindən gələni etməlidirlər”.

 

Aİ-dən əlavə, BMT-nin Qərbi Asiya (Yaxın Şərq) sülh prosesi üzrə koordinatoru Vindslend də Tvitter səhifəsində işğal altındakı Qüdsdəki hadisələrə belə reaksiya verdi: “Hər kəsi məsuliyyətli davranmağa və sakit olmağa dəvət edirəm”.

Avropa İttifaqı (Aİ) şənbə günü (8 may) İsrail rejimi polisi ilə işğal altındakı Qüdsdə etiraz edən fələstinlilər arasında yaşanan qarşıdurmaları qınayıb.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 05-09-2021
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap