header

 Liviya sahillərində 50 miqrant boğularaq həlak oldu

 Liviya sahillərində 50 miqrant boğularaq həlak oldu

Liviya Qızıl Aypara Cəmiyyəti Liviya sahillərində bir qayığın çevrilməsi nəticəsində təxminən 50 miqrantın öldüyünü söyləyib

Tashaio.com Farsnews-a istinadən xəbər verir ki, Liviya Qızıl Aypara Cəmiyyətinin miqrasiya şöbəsinin müdiri Əhməd Mahluf dünən (3 may) Liviyanın şimalındakı Əl-Zəviyyə şəhərinin sahillərində təxminən 50 miqrantın cəsədinin sudan çıxarıldığını elan edib.

 

O, Əl-Qahirə 24 xəbər saytına verdiyi müsahibəsində, çıxarılan cəsədlər arasında bir neçə Misir vətəndaşı olduğunu söyləyib. Ölənlərin dəqiq sayı hələ məlum deyil.

 

Ölənlərin qalan hissəsinin digər Afrika ölkələrinin vətəndaşları olduğunu qeyd edən Əhməd Mahluf, cəsədlər arasında valideynlərindən və övladlarından ibarət üç ailənin də olduğunu qeyd edib.

 

Mahluf, bu insanların Avropa ölkələrinə qanunsuz miqrasiya yolu ilə girməyə çalışdıqlarını da bildirib.

Liviya Qızıl Aypara Cəmiyyəti Liviya sahillərində bir qayığın çevrilməsi nəticəsində təxminən 50 miqrantın öldüyünü söyləyib
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 05-06-2021
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap