header

 İraqda İŞİD-in daha bir lideri həbs edildi

 İraqda İŞİD-in daha bir lideri həbs edildi

İraqın Kəşfiyyat Nazirliyi İŞİD terror qruplaşmasının liderlərindən birinin həbs olunduğunu elan edib.

Tashaio.com Al-Sumaria-ya istinadən xəbər verir ki, nazirlik terrorçunun İŞİD terror qruplaşmasında Fəlluca əmiri olan Əbu Əli Əl-Cümaili olduğunu bildirib.

 

Bəyanatda belə qeyd edilib: “Həmin şəxs Terrorizm Qanununun 4-cü maddəsi ilə axtarışa verilib və həbs olunduqdan sonra İŞİD ilə əlaqələrini etiraf etdi.

 

Terrorçu 2005-ci ildən etibarən Əl-Qaidə terror qruplaşması ilə əlaqəli olduğunu və terror ünsürlərinin yerləşdirilməsindən məsul olduğunu etiraf etdi”.

 

Bir neçə il həbsxanada saxlanıldıqdan sonra 2011-ci ildə həbsdən çıxmışdı və İŞİD-ə qoşulmuşdu və İraqın Ənbar vilayətinin azad edilməsindən sonra Suriyaya qaçmışdı.

 

Terrorçu daha sonra Fəlluca əmirinin müavini və bir müddət sonra Fəlluca əmiri olaraq fəaliyyət göstərmişdi.

 

Əl-Cümaili İraq təhlükəsizlik qüvvələrinə və mülki şəxslərə qarşı onlarla terror əməliyyatı keçirdiyini etiraf edib.

İraqın Kəşfiyyat Nazirliyi İŞİD terror qruplaşmasının liderlərindən birinin həbs olunduğunu elan edib.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 05-04-2021
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap