header

 İmam Əlinin (ə) vəsiyyətləri silsiləsindən-3

 İmam Əlinin (ə) vəsiyyətləri silsiləsindən-3

İmam Əlinin (ə) vəsiyyətləri silsiləsindən-3

İmam Əlinin (ə) öz oğlu İmam Həsənə (ə) və digər ailə üzvlərinə etdiyi vəsiyyətin davamı belədir:
 
اللّهَ اللّهَ في شَهرِ رَمَضانَ، فَإِنَّ صِيامَهُ جُنَّةٌ مِنَ النّارِ.
 
اللّهَ اللّهَ فِي الفُقَراءِ وَالمَساكينِ، فَشارِكوهُم في مَعايِشِكُم.
 
اللّهَ اللّهَ فِي الجِهادِ بِأَموالِكُم وأنفُسِكُم وألسِنَتِكُم، فَإِنّما يُجاهِدُ رَجُلانِ: إمامُ هُدًى، أو مُطيعٌ لَهُ مُقتَدٍ بِهُداهُ.
 
اللّهَ اللّهَ في ذُرِّيَّةِ نَبِيِّكُم، فَلا يُظلَمُنَّ بِحَضرَتِكُم وبَينَ ظَهرانَيكُم وأنتُم تَقدِرونَ عَلَى الدَّفعِ عَنهُم.
 
اللّهَ اللّهَ في أصحابِ نَبِيِّكُمُ الَّذينَ لَم يُحدِثوا حَدَثًا ولَم يُؤوُا مُحدِثًا، فَإِنَّ رَسولَ اللّهِ| أوصى بِهِم، ولَعَنَ المُحدِثَ مِنهُم ومِن غَيرِهِم وَالمُؤوِيَ لِلمُحدِثِ.
 
اللّهَ اللّهَ فِي النِّساءِ وفيما مَلَكَت أيمانُكُم، فَإِنَّ آخِرَ ماتَكَلَّمَ بِهِ نَبِيُّكُم× أن قالَ: اُوصيكُم بِالضَّعيفَينِ: النِّساءِ وما مَلَكَت أيمانُكُم.
 
الصَّلاةَ الصَّلاةَ الصَّلاةَ، لا تَخافوا فِي اللّهِ لَومَةَ لائِمٍ، يَكفِكُمُ اللّهُ مَن آذاكُم وبَغى عَلَيكُم، قولوا لِلنّاسِ حُسنًا كَما أمَرَكُمُ اللّهُ عَزَّوجَلَّ، ولا تَترُكُوا الأَمرَ بِالمَعروفِ وَالنَّهيَ عَنِ المُنكَرِ فَيُوَلِّيَ اللّهُ أمرَكُم شِرارَكُم، ثُمَّ تَدعونَ فَلا يُستَجابُ لَكُم عَلَيهِم.
 
وعَلَيكُم يا بُنَيَّ بِالتَّواصُلِ وَالتَّباذُلِ وَالتَّبارِّ، وإيّاكُم وَالتَّقاطُعَ وَالتَّدابُرَ وَالتَّفَرُّقَ، وتَعاوَنوا عَلَى البِرِّ وَالتَّقوى ولاتَعاوَنوا عَلَى الإِثمِ وَالعُدوانِ، وَاتَّقُوا اللّهَ إنَّ اللّهَ شَديدُ العِقابِ، حَفِظَكُمُ اللّهُ مِن أهلِ بَيتٍ، وحَفِظَ فيكُم نَبِيَّكُم، أستَودِعُكُمُ اللّهَ وأقرَأُ عَلَيكُمُ السَّلامَ ورَحمَةَ اللّهِ وبَرَكاتِهِ.
 
Sizə Allahı and verirəm, Ramazan ayını unutmayın ki, o ayın orucu Cəhənnəm oduna qarşı qalxandır.
 
Sizə Allahı and verirəm, yoxsulları və fəqirləri unutmayın və onları məişətinizdə şərik edin.
 
Sizə Allahı and verirəm, malınız, canınız və dilinizlə (Allah yolunda) cihad etməyi unutmayın ki, həqiqətdə iki nəfər cihaddadır: hidayətçi imam və əmrinə təslim olub, doğru yoluna itaət edən kəs.
 
Sizə Allahı and verirəm, Peyğəmbərinizin övladlarını unutmayın, onları müdafiə etməyə qadir olduqda, sizin hüzurunuzda və aranızda onlara qarşı zülmü dəf edin.
 
Sizə Allahı and verirəm, Peyğəmbərin (s) bidətdən uzaq və bidətçilərlə mübarizə aparan səhabələrindən ayrılmayın! Çünki Peyğəmbəri-Əkrəmin (s) bu haqda qəti tövsiyəsi vardır və özü də bidətçiləri və onları dəstəkləyənləri lənətləmişdir.
 
Sizə Allahı and verirəm, qadınları və sahib olduğunuz kənizləri unutmayın ki, bu, Peyğəmbəri-Əkrəmin (s) son sözüdür: “Sizə iki zəif varlığın – qadınlar və sahib olduğunuz kənizlərin haqqını gözləməyi tapşırıram.”
 
Namaz, namaz, namaz! Allah yolunda heç bir istehzaçının danlağından qorxmayın ki, O Özü sizi əzab-əziyyət verənlərin, zülm və haqsızlıq edənlərin şərindən qoruyacaq. Camaata buyruqlarınız Allah sizə əmr etdiyi kimi, yaxşı olsun. Onları yaxşılığa dəvət və pisliklərdən çəkindirməyi tərk etməyin, yoxsa Allah sizin pislərinizi işlərinizə hakim edər və daha onları nə qədər qarğış etsəniz də, qəbul olunmaz.
 
Ey mənim övladlarım, bir-birinizə get-gəli, hədiyyə və yaxşılığı unutmayın, əlaqələri kəsmək, bir-birinizə arxa çevirmək və təfriqədən çəkinin. Yaxşılıq və pərhizkarlıq uğrunda bir-birinizlə həmkarlıq edin, günah və düşmənçilikdə bir-birinizlə əlbir olmayın. Allahdan qorxun ki, əzabı şiddətlidir. Allah Özü siz Əhli-beyti, aranızda Peyğəmbərinizin adını qorusun! Sizi Allaha tapşırır və hamınızı salamlayıram. Allahın rəhmət və bərəkətləri olsun sizə!” (“Əl-kafi”, 7-ci cild, səh.51, hədis 7.)
İmam Əlinin (ə) vəsiyyətləri silsiləsindən-3
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 05-04-2021
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap