header

 İraqın şimalında Mossad qərargahına hücum edilib

 İraqın şimalında Mossad qərargahına hücum edilib

İraqın şimalında yerləşən İsrail rejiminin kəşfiyyat xidməti Mossad qərargahına hücum edildiyi bildirilib.

Tashaio.com xəbər verir ki, İraqın Sabreen News Teleqram kanalının yaydığı məlumatda belə qeyd edilib: “Qeyri-rəsmi mənbələrə görə, naməlum qrup çərşənbə axşamı (13 aprel) gecəsi Şimali İraqdakı Mossad bazasını hədəfə aldı. Hücumda İsrail rejiminin çoxlu sayda casusu öldü və ya yaralandı”.

 

Həmin mənbələr Mossadın casusluq bazasına edilən bu hücumu sionist rejimə ciddi zərbə olaraq xarakterizə ediblər.

 

Mənbələr hücumun yeri və zərərin həcmi barədə təfərrüatları verməkdə çətinlik çəksə də, Sabreen News kanalı “Sabah əməliyyatın bəzi şəkillərini paylaşacağıq” deyib.

 

Hadisəyə reaksiya verən yüksək rütbəli bir hərbi komandir, Rusiyanın RT şəbəkəsinə verdiyi müsahibəsində hücum barədə indiyə qədər heç bir xəbər almadıqlarını söyləyib.

 

Şimali İraqdakı media qurumları da bu hücumu hələ şərh etməyiblər.

 

Başqa bir xəbərə görə, Livandan yayımlanan Əl-Məyadin televiziyası dünən (13 aprel) axşam BƏƏ-nin Əl-Fuceyra limanı yaxınlığında İsrail rejiminin gəmisinə hücum edildiyini açıqlayıb.

 

İsrail rejiminin Yediot Ahronot qəzetinə gəmi heyətindən bir nəfər açıqlama verərək, hücumun raket və ya PUA ilə həyata keçirildiyini söyləyib.

 

Sionist mətbuatı hücuma məruz qalan gəmidə ölən və ya yaralananların olmadığını, lakin maddi ziyanın olduğunu bildirib.

İraqın şimalında yerləşən İsrail rejiminin kəşfiyyat xidməti Mossad qərargahına hücum edildiyi bildirilib.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 04-15-2021
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap