header

 Əl-Həşduş-Şəbi: "Beynəlxalq tərəflər İŞİD yaraqlılarını Suriyadan İraqa göndərirlər"

 Əl-Həşduş-Şəbi: "Beynəlxalq tərəflər İŞİD yaraqlılarını Suriyadan İraqa göndərirlər"

İraqın Əl-Həşduş Şəbi təşkilatının rəsmisi son günlərdə İraqdakı terror hücumlarının səbəbkarlarının Suriyadakı Əl-Hul düşərgəsindən beynəlxalq tərəflərin dəstəklədiyi İŞİD ünsürləri olduğunu söyləyib.

Tashaio.com xəbər verir ki, İraqın şimal hissəsindəki Əl-Həşduş Şəbinin rabitə rəhbəri Əli Əl-Hüseyni dünən (25 fevral) İraqın üç vilayətində öldürülən terrorçuların Suriyadan qaçan İŞİD terror qruplaşmasının üzvləri olduğunu söyləyib.

"Kəşfiyyat məlumatlarına görə, Diyalə, Səlahəddin və Kərkük vilayətlərinin bir çox bölgəsindəki son təhlükəsizlik pozuntularının səbəbkarları Suriyadakı Əl-Hul düşərgəsindən qaçan terrorçu ünsürlər idi.

 

Suriyadakı ABŞ silahlıları tərəfindən nəzarət edilən Əl-Hul düşərgəsi, İraq da daxil olmaqla bütün ölkələrə terror ixrac etmək üçün bir bazadır. Əl-Hul terrorçuları bəzən ölkəyə Suriya-İraq sərhədindən sızırlar", - deyə o, bildirib

Əli Əl-Hüseyni adlarını çəkmədən Əl-Hul terrorçularını qoruyan beynəlxalq tərəflərə səslənərək, bu işin təhlükəsinin və terrorçuların Suriyadan İraqa göndərilməsinin nəticələrinin başa düşülməli olduğunu bildirib.

ABŞ-a bağlı silahlı qrupların nəzarətində olan Suriyanın Əl-Həsəkə vilayətindəki Əl-Hul düşərgəsində hal-hazırda 17.693 ailə olmaqla ümumilikdə 64.373 nəfər var.

 

Suriyanın şimalındakı Əl-Həsəkə vilayətində yerləşən düşərgədə qaçqınlar və İŞİD ünsürlərinin qohumları yerləşdirilib və bura İraq və Suriyadakı ən böyük İŞİD düşərgəsidir.

İraqın Əl-Həşduş Şəbi təşkilatının rəsmisi son günlərdə İraqdakı terror hücumlarının səbəbkarlarının Suriyadakı Əl-Hul düşərgəsindən beynəlxalq tərəflərin dəstəklədiyi İŞİD ünsürləri olduğunu söyləyib.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 02-27-2021
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap