header

 Vaşinqtonda Səudiyyə rejiminin səfirliyi önündə Yəmən müharibəsinə qarşı nümayiş keçirilib

 Vaşinqtonda Səudiyyə rejiminin səfirliyi önündə Yəmən müharibəsinə qarşı nümayiş keçirilib

Nümayışçilər Yəmənə qarşı aparılan müharibəyə etiraz etmək üçün Vaşinqtonda Səudiyyə rejiminin səfirliyi qarşısında toplaşaraq nümayiş keçirib. Eyni zamanda bir sıra insan haqları fəalları və Yəməndəki müharibənin əleyhdarları, Yəməndəki müharibəyə son qoyulmaq üçün Səudiyyə rejiminin səfirinin qarşısına toplaşıb.

"Deyerler.org"ın parstoday-a istinadən verdiyi xəbərə görə, konvoy yürüşü şəklində baş tutan aksiya zamanı etirazçılar təcavüzkar Səudiyyə rejiminin koalisiyasının Yəmənə hücumlarını və bu ölkənin koalisiya tərəfindən mühasirəyə alınmasını pisləyib. Etiraz aksiyası Ümumdünya Yəmənin Müdafiə Günü münasibətilə Yəmən xalqına həmrəylik bildirmək üçün keçirilib. Etirazçılar Yəməndəki müharibəyə son qoyulmasını və bu ölkəyə qarşı mühasirənin qaldırılmasını və yəmənlilərə təcili olaraq humanitar yardımın çatdırılmasını tələb edib. 25 yanvarda Yəmənin müxtəlif əyalətlərində Ənsarullah hərəkatını dəstəkləyən bir neçə milyonluq nümayiş keçirilib. Nümayiş zamanı nümayişçilər Ənsarullah hərəkatını və onun üzvlərini terrorçu adlandıran keçmiş ABŞ hökumətinin hərəkətlərini pisləyib. Yəmən Ali Siyasi Şurasının üzvü Məhəmməd Əli Əl-Husi, Ənsarullahın “terrorçu” kimi tanınmasına cavab olaraq, Yəmən xalqının ABŞ əleyhinə keçirdiyi genişmiqyaslı nümayişində çıxış edib: "ABŞ bizə deyir ki, biz terrorçuyuq. Biz sizinlə düşmən olduğumuzdan və qorxmağa səbəb olduğumuzdan qürur duyuruq".

Nümayışçilər Yəmənə qarşı aparılan müharibəyə etiraz etmək üçün Vaşinqtonda Səudiyyə rejiminin səfirliyi qarşısında toplaşaraq nümayiş keçirib. Eyni zamanda bir sıra insan haqları fəalları və Yəməndəki müharibənin əleyhdarları, Yəməndəki müharibəyə son qoyulmaq üçün Səudiyyə rejiminin səfirinin qarşısına toplaşıb.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 01-27-2021
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap