header

 Həzrət Zəhra (s.ə), onu sevənlərlə bağlı Allahdan nə istədi?

 Həzrət Zəhra (s.ə), onu sevənlərlə bağlı Allahdan nə istədi?

Həzrət Zəhra (s.ə), onu sevənlərlə bağlı Allahdan nə istədi?

Merac hədisində oxuyuruq ki, Həzrət Peyğəmbər (s) buyurmuşdur: “Dedim: Ey mənim həbibim Cəbrayil! Niyə (o Xanım (s.ə)) səmada Mənsurə və yerdə Fatimədir?”.

Dedi: “Ona görə yerdə Fatimə adlandırılmışdır ki, öz davamçılarına cəhənnəmdən nicat verəcəkdir. Düşmənləri onun məhəbbətindən bəhrəsiz qalacaqlar.

Səmada ona görə Mənsurədir ki, Allah buyurmuşdur: O günü (Qiyamət) möminlər Allahın yardımı ilə ki, hər kimə istəsə yardım edər, sevinərlər. Bu yardımda məqsəd – həmin nicatdır ki, Fatimə (s.ə) öz sevənlərinə qarşı edəcəkdir””.

 

Həzrət Peyğəmbər (s) buyurur: “Mənim qızım Fatimə (s.ə) əvvəldən axıra qədər olan qadınların ən üstünüdür”.

 

Uca Allah Fatiməyə (s.ə) vəhy edir: “Ey Fatimə! Məndən istə ki, sənə əta edim. Məndən təmənna et ki, mən səni razı salım”.

Həzrət Fatimə (s.ə) buyurur: “Allahım! Səndən istəyirəm ki, məni sevənləri və itrətimi sevənləri atəşlə əzab etməyəsən”.

Allah vəhy edir: “Ey Fatimə! İzzət və Cəlalıma and olsun ki, 2 min il əvvəl ki, səmanı və yeri xəlq etməzdən qabaq Özümlə əhd etdim ki, səni sevənləri və itrətini sevənləri atəşlə əzab etməyim!”.

 

Peyğəmbərimiz (s) Xanım Zəhraya (s.ə) buyurur: “Həqiqətən, Allah sənin qəzəbinə görə qəzəblənər. Sənin razılığına razı olar”.

Həzrət Peyğəmbər (s) buyurur: “Allaha and olsun ki, Fatimə (s.ə) – həmin (Məryəmi-Kubradır)”.

 

Həzrət Peyğəmbər (s) buyurur: “Mən və Əli (ə) və Fatimə (s.ə), Həsən (ə), Hüseyn (ə) və Hüseynin (ə) 9 övladı – Allahın bəndələri üzərində hüccətləriyik. Bizim düşmənlərimiz – Allahın düşmənləri, bizim dostlarımız – Allahın dostlarıdır”.

Həzrət Peyğəmbər (s) buyurur: “Fatimə (s.ə) – bədənimin parəsidir. Hər kim onu incidərsə, məni incitmiş olar”.

 

Həzrət Peyğəmbər (s) buyurur: “Fatimə (s.ə) – mənim üçün ən əziz və ən məhbub insandır”.

Həzrət Peyğəmbər (s) buyurur: “Ey Fatimə! Sən məndənsən və mən də səndənəm”.

Həzrət Peyğəmbər (s) buyurur: “Qızım Fatimənin (s.ə) nuru – Allahın nurundandır. Qızım Fatimə (s.ə) səmadan və yerdən üstündür”.

 

Hədislərin birində Həzrət Peyğəmbər (s) buyurur ki, hər kimi Həzrət Zəhraya (s.ə) ehtiram edərsə, Peyğəmbəri (s) əziz tutmuşdur. Hər kim Xanıma (s.ə) xəyanət edərsə, Peyğəmbərə (s) xəyanət etmişdir. (Həvzəh)

Allahım! Bizləri Həzrət Zəhranın (s.ə) şəfaətindən məhrum etmə!

 

Həzrət Zəhra (s.ə), onu sevənlərlə bağlı Allahdan nə istədi?
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 12-31-2020
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap