Avstraliya ordusu 39 əfqan mülki şəxsi öldürdüyünü etiraf edib
Posted on :
Digər sahələr
11/19/2020
Avstraliya ordusunun Əfqanıstanda törətdiyi müharibə cinayətləri ilə əlaqədar rəsmi araşdırmaya görə, Avstraliya ordusu Əfqanıstanda 39 mülki şəxsi qətlində rolu olub.
Tashaio.com "AFP" ə istinadla xəbər verir ki, bunu Avstraliya Müdafiə Qüvvələrinin komandiri general Angus Campbell keçirdiyi konfransda deyib.
Bildirilib ki, Avstraliyanın 25 nəfərdən ibarət xüsusitəyinatlıarı 23 mərhələdə 39 mülki şəxsin qətlini həyata keçiriblər.
Məlumata görə, bu hesabatdan sonra Avstraliya Ordusunun generalı Angus Campbell Əfqanıstandan üzr istəyib.
"Sədaqətlə Əfqanıstan xalqından bu ölkə qüvvələrinin hərəkətlərinə görə üzr istəyirəm. Bu məsələ Əfqanıstanda bir çox ailənin dərd və əziyyət çəkməsinə səbəb olub."
Angus Campbell deyib ki, bu utancverici işdə öldürülən Əfqanıstan vətəndaşları məhbuslar, əkinçilər və digər dinc sakinlərdir.
Qeyd edək ki, Avstraliya Federal Polisi bu ölkə qüvvələrinin 2009 - 2013-cü illər ərzində Əfqanıstanda dinc sakinlərə qarşı 36 amansız qətllər və müharibə cinayətləri törədilməsi haqqında araşdırma aparır. Faktla bağlı cinayət işi açılıb.