header

 Bağdadda ABŞ səfirliyinin yerləşdiyi ərazi raket atəşinə tutuldu

 Bağdadda ABŞ səfirliyinin yerləşdiyi ərazi raket atəşinə tutuldu

Ötən gecə İraqın paytaxtı Bağdadın, ABŞ səfirliyinin də yerləşdiyi “Yaşıl vadi” adlanan bölgəsi raket atəşinə tutulub.

Tashaio.com bildirir ki, raket zərbəsi nəticəsində insan tələfatı olmasa da bölgədəki bəzi diplomatik nümayəndəliklərin binalarında dağıntılar əmələ gəlib.

 

Maraqlısı odur ki, Bağdad şəhərinin bu hissəsi yanvar ayından başlayaraq bir neçə dəfə raket zərbəsinə məruz qalıb. Bunu nəzərə alan ABŞ hərbçiləri xarici ölkə səfirliklərinin yerləşdiyi “Yaşıl vadi” adlanan ərazini mühafizə etmək üçün “Patriot” hava hücumundan müdafiə sistemi quraşdırmışdılar. Lakin “Patriot” ötən gecə atılan raketi zərərsizləşdirə bilməyib.

 

Təlimata əsasən raket müdafiə olunan ərazinin üzərində olan zaman radarlar onun hərəkət trayektoriyasını müəyyən edib mərkəzə məlumat ötürməli, mərkəz isə qarşılıqlı atəş ilə raketi havada zərərsizləşdirməli və yerə düşməsinə imkan verməməlidir. Lakin ötən gecə bu mexanizm işə düşməyib.

Ötən gecə İraqın paytaxtı Bağdadın, ABŞ səfirliyinin də yerləşdiyi “Yaşıl vadi” adlanan bölgəsi raket atəşinə tutulub.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 07-05-2020
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap