Nəcəfül Əşrəf və Kərbəlada ikinci Əhya gecəsi - FOTO
Posted on :
Digər sahələr
05/16/2020
Mübarək Ramazan ayının Qədr gecəsini əhya etmək və Həzrət İmam Əlinin (ə) şəhadətinin növbəti ildönümünü hüznlə anmaq üçün Nəcəf və Kərbəlada mərasim keçirilib.
Tashaio.com xəbər verir ki, Ramazan ayının 21-ci gecəsi koronavirus epidemiyası ilə əlaqədar məhdud şəkildə zəvvar İmam Əlinin (ə) Nəcəfül Əşrəfdəki pak hərəmində və Kərbəlada İmam Hüseyn (ə) və Həzrət Əbülfəzl Abbasın (ə) hərəmlərində əhya saxlayıblar.
Zəvvarlar min aydan daha xeyirli və gecələrin sərvəri olan Qədr gecəsini etdikləri dualar və ibadətlərlə dərk etməyə çalışıblar.