BMT-nin baş katibi dini liderlərdən dəstək istədi
Posted on :
Digər sahələr
05/13/2020
Birləşmiş Millətlər Təşkilatının (BMT) baş katibi Antonio Quterres dini liderlərə yeni tip koronavirus (Kovid-19) epidemiyası ilə mübarizədə rol almağa çağırıb.
Tashaio.com xəbər verir ki, Quterres yaydığı video mesajında qlobal atəşkəs çağırışını dəstəkləyən dini rəhbərlərə təşəkkür edib və virusla mübarizədə daha fəal mübarizə aparmalarını istəyib.
Dini liderlərə cəmiyyətləri zərərli mesajlara, zorakılıq, ksenofobiya və irqçiliyə qarşı xəbərdar etməsi çağırışı edən Quterres, epidemiya dövründə qadın və qız uşaqlarına qarşı artan zorakılığı da qınamağa dəvət edib.
Quterres, dini liderlərə qadınların hər sahədə təmsil olunmasını təşviq etməsi üçün də müraciət edərək, sosial məsafə, gigiyena, ibadət, dini mərasimlər və dəfn kimi inanclara söykənən fəaliyyətlərin Dünya Səhiyyə Təşkilatının müəyyənləşdirdiyi tədbirlər çərçivəsində həyata keçirilməsinə dəstək olmalarını istəyib.
Quterres, epidemiya səbəbiylə milyonlarla tələbənin təhsilə ara vermək məcburiyyətində qaldığını xatırladaraq, dini liderlərin təhsil probleminin həlli üçün də dəstək verməsi lazım olduğunu vurğulayıb.