Həzrət Əli (ə) hərəmində Qədr gecəsi - FOTO
Posted on :
Digər sahələr
05/13/2020
Nəcəfdəki İmam Əlinin (ə) hərəmində Qədr gecəsi və Həzrətin (ə) şəhadətinin növbəti ildönümündə Əhli-beyt (ə) aşiqləri o həzrətin hərəmini ziyarət edib.
Tashaio.com xəbər verir ki, Əhli-beyt (ə) ardıcılları İraqın müxtəlif bölgələri və digər ölkələrdən Ramazan ayının Qədr gecələrində Həzrəti İmam Əlinin (ə) hərəmini ziyarət etmək üçün Nəcəf şəhərinə gəlib.
Ziyarətçilər hüzn və göz yaşları ilə o həzrətin zərbətlənməsi münasibətilə səhərədək əzadarlıq edib, dualar oxuyublar.
Qeyd edək ki, Ramazan ayının 18-dən 19-na keçən gecə həm də Həzrət İmam Əli ibni Əbu Talibin (ə) İraqın Kufə məscidində sübh namazında xəvaric tərəfindən zərbətləndiyi gecədir. Bu qılınc yarasından 2 gün sonra İmam Əli (ə) şəhadətə qovuşub.
Xatırıadaq ki, pandemiya ilə əlaqədar hərəmdə bir sıra profilaktik tədbirlər görülüb.
Fotoları təqdim edirik: