header

 Əfqanıstanda polis bölməsinə hücum edilib, onlarla ölən var

 Əfqanıstanda polis bölməsinə hücum edilib, onlarla ölən var

"Taliban" hərəkatı silahlıları Əfqanıstanın Zabul əyalətində polis bölməsinə hücum edib.

Tashaio.com  “Anadolu” agentliyinə istinadən xəbər verir ki, hücum nəticəsində təhlükəsizlik qüvvələrinin 20-dən çox əməkdaşı həyatını itirib. 
 
Qubernator administrasiyasının mətbuat katibi Gül İslam Siyal "Anadolu" agentliyinə bildirib ki, hücumu təhlükəsizlik qüvvələri sıralarına girmiş altı “talibançı” təşkil edib.
 
“Təhlükəsizlik qüvvələri ciddi itkilərə məruz qalıb, amma dəqiq say hələlik məlum deyil”, - o deyib.
 
Eyni zamanda yerli şuranın sədri Ata Can Hakbayan da təsdiq edib ki, hücum nəticəsində təhlükəsizlik qüvvələrinin 20-dən çox əməkdaşı həlak olub.
 
Onun sözlərinə görə, “talib”lər hücumdan sonra polis bölməsindən silah ələ keçirərək qaçıblar.
 
"Taliban" hadisəni şərh etməyib.
"Taliban" hərəkatı silahlıları Əfqanıstanın Zabul əyalətində polis bölməsinə hücum edib.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 03-22-2020
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap