Bu gün ABŞ və taliblər sülh sazişi imzalayacaq
Bu gün ABŞ və taliblər sülh sazişi imzalayacaq
Posted on : Digər sahələr 02/29/2020
ABŞ və “Taliban” terror qruplaşması Qətərin paytaxtı Dohada Əfqanıstandan qoşunların çıxarılması və ölkədə sülh prosesi haqqında saziş imzalayacaq.
Bu barədə “Tashaio.com” TASS-a istinadən xəbər verir. Razılaşma ABŞ-ın Əfqanıstan üzrə xüsusi nümayəndəsi Zalmay Xalilzad və taliblərin 2018-ci ilin oktyabrından Dohada apardıqları danışıqların nəticəsi olacaq. ABŞ-ın dövlət katibi Maykl Pompeo mərasimdə iştirakını təsdiq edib. “Talib”lər tərəfindən sənədə "Taliban" liderinin müavini, hərəkatın Qətər siyasi ofisinin rəhbəri molla Abdulla Qəni Baradarın imza atacağı gözlənilir.