header

 Boston şəhərində Xocalı soyqırımı ilə bağlı etiraz aksiyası keçirilib

 Boston şəhərində Xocalı soyqırımı ilə bağlı etiraz aksiyası keçirilib

ABŞ-ın Massaçusets ştatının Boston şəhərində Xocalı faciəsinin 28-ci ildönümünə həsr olunmuş etiraz aksiyası keçirilib.

Tashaio.com xəbər verir ki, aksiyada Azərbaycan icmalarının Bostonda və onun ətrafında yaşayan üzvləri iştirak ediblər. Nümayişçilərin əllərindəki plakatlarda Ermənistanın Azərbaycana qarşı təcavüzü və Xocalı soyqırımı haqqında faktlar əks olunub.
 
Bannerlərdə dünya birliyinə müraciətlə Xocalı soyqırımını dövlət səviyyəsində tanımaq şüarları, həmçinin bu faciənin Massaçusets ştatı daxil olmaqla Amerikanın 20-dən çox ştatı və dünyanın bir sıra ölkələri tərəfindən tanınması və pislənməsi haqqında məlumatlar yer alıb.
 
Şəhər sakinlərinə Xocalı soyqırımı haqqında faktları əks etdirən vərəqələr paylanılıb. /azertac 
 

ABŞ-ın Massaçusets ştatının Boston şəhərində Xocalı faciəsinin 28-ci ildönümünə həsr olunmuş etiraz aksiyası keçirilib.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 02-27-2020
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap