header

 Əfqanıstanın şimalında azı 13 nəfər öldürülüb

 Əfqanıstanın şimalında azı 13 nəfər öldürülüb

Əfqanıstanın şimalındakı Kunduz vilayətində Taliban qruplaşma üzvləri nəzarət məntəqəsinə hücum ediblər, azı 13 təhlükəsizlik əməkdaşı öldürülüb.

Vilayət şurasının üzvü Safiullah Amiri-nin yanvarın 29-da verdiyi məlumata görə, hücum Daşt-e Arçi rayonunda baş verib.
 
Atışma zamanı səkkiz əsgər, azı dörd polis əməkdaşı da xəsarət alıb, Taliban azı 3 nəfəri əsir götürüb.
 
Rayon başçısı Saduddin Sayyed toqquşmaların səhər də davam etdiyini söyləyib. Onun sözlərinə görə, hücum edənlər silahları ələ keçiriblər, amma nəzarət məntəqələri hazırda hökumət qüvvələrinin nəzarəti altına qaytarılıb.
 
Taliban hücuma görə məsuliyyəti üzərinə götürüb. Bir gün öncə isə Bağlan vilayətində Taliban hücumunda azı 10 polis əməkdaşı öldürülmüşdü.
Əfqanıstanın şimalındakı Kunduz vilayətində Taliban qruplaşma üzvləri nəzarət məntəqəsinə hücum ediblər, azı 13 təhlükəsizlik əməkdaşı öldürülüb.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 01-29-2020
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap