header

 İsrail rejimi Qəzzanı yenə bombaladı

 İsrail rejimi Qəzzanı yenə bombaladı

Sionist İsrail rejiminə məxsus helikopterlər Qəzzanın şimalındakı Fələstin müqavimət qüvvələrinə məxsus bazanı 3 raketlə hədəfə alıb.

Tashaio.com Palinfo-ya istinadən xəbər verir ki, Qəzzaya hücum nəticəsində tələfat və dağıntılarla bağlı hələ heç bir açıqlama verilməyib. İsrail rejiminin ordusu isə, HƏMAS-ın Qəzzadan yanan çərpələng və helium şar ilə təşkil etdiyi hücumdan sonra, təşkilata aid yeraltı obyektlərin hədəfə alındığını bildirib.

 

Sionist ordusu HƏMAS-ın Qəzzadan İsrail rejimi ərazisinə yanan çərpələng və helium şarlarla etdiyi hücumlarına cavab verildiyini açıqlayıb.

 

 

Fələstin mənbələrinə görə, İsrail rejiminin döyüş təyyarələri çərşənbə gecəsi də Qəzzanın qərbini bombalayaraq, bir çox mülki binanı vurmuşdu.

 

Sionist rejim hücumun işğal altındakı ərazilərə bir neçə raket atılmasına cavab olaraq həyata keçirildiyini iddia etmişdi.

Sionist İsrail rejiminə məxsus helikopterlər Qəzzanın şimalındakı Fələstin müqavimət qüvvələrinə məxsus bazanı 3 raketlə hədəfə alıb.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 01-17-2020
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap