header

 Parisdən Vaşinqtona: “NATO ölkələrini ABŞ silahlarını almağa məcbur etməyin”

 Parisdən Vaşinqtona: “NATO ölkələrini ABŞ silahlarını almağa məcbur etməyin”

Fransanın müdafiə naziri Florens Perli ABŞ-ın NATO üzvlərinə Amerika silahları alması mövzusunda məcbur etməməli olduğunu söyləyib.

Tashaio.com Sputnik-ə istinadən xəbər verir ki, həftəlik dərc olunan “Le Journal du Dimanche” qəzetinə açıqlama verən Perli, belə deyib: “NATO Nizamnaməsinin alyans üzvlərinə həmrəyliyi zəruri etdiyi 5-ci maddəsinin Vaşinqtonun təzyiqi ilə üzvləri Amerika silahlarını almağa məcbur edən F-35 maddəsinə çevrilməsinə icazə verilməməlidir.

 

ABŞ-ın NATO-nun mühüm bir fiquru olduğunu və ABŞ-ın prezidenti Donald Trampın Avropa ölkələrini öz təhlükəsizlikləri ilə məşğul olmağa dəvət etdiyini xatırladan Perli, belə söyləyib: “Hazırda Avropanın iqtisadi və siyasi qüdrətinə uyğun hərbi mexanizm yoxdur. Müstəqil və suveren bir münasibət yaratmaq sürətli bir proses deyil. Ancaq bu Aİ üzvlərini suveren Avropa və Transatlantik Alyans arasında seçim etməyə məcbur etməməlidir. Əksinə, bir-birini gücləndirməlidir”.

 

 

Perli əlavə etdi ki, Rusiya ilə dialoq olmadan Avropada təhlükəsizlik əldə oluna bilməz.

Fransanın müdafiə naziri Florens Perli ABŞ-ın NATO üzvlərinə Amerika silahları alması mövzusunda məcbur etməməli olduğunu söyləyib.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 12-03-2019
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap