Myanmada 96 raxinli müsəlman həbs edildi
Posted on :
Digər sahələr
12/03/2019
Myanma hərbiçiləri Raxinli (ruhingiya) müsəlmanların Yangun şəhəri istiqamətində ölkəni tərk etmək istəməsini bəhanə edərək onları həbs edib.
Tashaio.comİQNA-a istinadla xəbər verir ki, iki ildir ki, Myanma dövləti ölkəni tərk etmək istəyən müsəlmanları qeyri-qanuni mühacirət etmələri və ya ölkəyə Banqaldeşdən qanunsuz gəlmələri bəhanəsi ilə kütləvi şəkildə həbs edir.
Mynam silahlılarının bu təqibləri nəticəsində minlərlə müsəlman həyatını itirib.
Myanma ordusu 2017-ci ilin Avqust ayının 25-dən Raxin əyalətində müsəlmanları qətliam edir. Onları Raxin əyalətindən kənara çıxmağa qoymur. Müsəlmanların vəhşi buddistlərin əlində köməksiz qalıblar.