İraqda İran konsulluğuna hücum: Ölən və yaralananlar var
İraqda İran konsulluğuna hücum: Ölən və yaralananlar var
Posted on : Digər sahələr 08/13/1398
İraqın Kərbəla şəhərində nümayişçilərin və etirazçıların İran konsulluğuna hücumu zamanı beş nəfər ölüb. Tashaio.com-un verdiyi məlumata görə, bu barədə "Shafaq" xəbər verib.
"Nümayişlərin dağıdılması və Kərbəladakı İran konsulluğuna hücum cəhdləri zamanı beş nəfər ölüb, bir neçə nəfər isə yüngül yaralanıb", - agentlik tibb dairələrindəki mənbələrə istinadən məlumat verib.
Yerli İnsan Haqları Ali Komissiyası isə təhlükəsizlik qüvvələri tərəfindən iğtişaşların qarşısının alınması zamanı konsulluğa hücum edənlər arasında üç nəfərin öldüyünü bildirib.
RİA Novosti-nin məlumatına görə, nümayişçilər konsulluğun qapısını yandırıblar, bundan sonra diplomatik nümayəndəliyin təhlükəsizlik xidmətinin əməkdaşları ilə qarşıdurmalar başlayıb.