header

 Ruhani: Region xalqları arasında ayrılıq Amerika və sionizmin istəyidir

İran prezidenti region xalqları arasında ayrılığı Amerika və sionizmin istəyi adlandırıb. O, vurğulayıb ki, İranın məntiqi, Fars Körfəzi və Hörmüz boğazı üçün daxili təhlükəsizlikdir və xarici qüvvələrin bu bölgədə iştirakı problem yarada bilər.

İran prezidenti Həsən Ruhani Müqəddəs Müdafiə həftəsinin qeyd olunması mərasimində sonra deyib ki, silahlı qüvvələrin və böyük xalqın qüdrəti ilə düşmən İslami İrana təcavüz cürətinə malik olmayacaq. O, əlavə edib: İran xalqı vəhdət, müqavimət və birliklə nə Şərqin, nə də Qərbin heybətindən, nə də ki, onların silahlarından qorxmadı və ərəb irticasının pulu qarşısında da təslim olmadı.

Ruhani bildirib ki, Amerika başda olmaqla imperialist güclər daim bölgə ölkələrinin maraqlarını tarac etmək, problem, bədbəxtlik və əmin-amansızlıq yaratmaq istəyirlər. O, deyib: Amerikalıların Əfqanıstan, İraq, Fars Körfəzi və regionun hər bir nöqtəsində iştirakı daim əmin-amansızlığa səbəb olubdur.

İran prezidenti vurğulayıb ki, İranın silahlı qüvvələri daima region üçün təhlükəsizlik gətiriblər. O, deyib: İranın silahlı qüvvələri əgər İraq, Suriya, Fələstin və Livan xalqlarının kənarında dayanıblarsa, bu ölkələr üçün təhlükəsizlik gətiriblər. Onlar vəhşi terrorçuların kökünü kəsə biliblər. Bu, İranın Amerika və onun regiondakı müttəfiqləri ilə olan fərqidir.

Ruhani İranın bu həssas və tarixi zaman kəsiyində region ölkələrilə həmkarlığa hazır olduğunu bildirərək, belə qeyd edib: İran bəzi ölkələrin bölgədəki keçmiş xətalarından keçməyə hazırdır, zira bölgənin düşmənləri, xüsusən Amerika, imperializm və sionizm region ölkələri arasındakı ixtilaf, uzaqlıq və ayrılıqdan sui-istifadə etmək ardıncadırlar.

İran prezidenti bildirib ki, bu il BMT-də “Ümid koalisiyası” və “Hörmüz sülh təşəbbüsü” şüarı ilə iştirak edəcək. O, söyləyib: İran İslam Respublikası region ölkələrinin həmkarlıqları ilə Fars Körfəzi və Oman dənizinin təhlükəsizyini yarada bilər.

İran prezidenti region xalqları arasında ayrılığı Amerika və sionizmin istəyi adlandırıb. O, vurğulayıb ki, İranın məntiqi, Fars Körfəzi və Hörmüz boğazı üçün daxili təhlükəsizlikdir və xarici qüvvələrin bu bölgədə iştirakı problem yarada bilər.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 09-22-2019
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap