header

 Seyid Nəsrullah Səudiyyəyə: Müharibəyə başlasanız, İran sizi məhv edəcək...

Seyid Həsən Nəsrullah Səudiyyə Ərəbistanına İranla bağlı xəbərdarlıq edib.

İslamazeri.com "almanar"a istinadən xəbər verir ki, Livan Hizbullah Hərəkatının baş katibi Seyid Həsən Nəsrullah Səudiyyə Ərəbistanına İranla bağlı xəbərdarlıq edib.

Şeyx Kuraninin vəfatının ildönümündə verdiyi müsahibədə Seyid Nəsrullah Səudiyyə və BƏƏ-nin iqtisadiyyatını "şüşə"yə bənzədib.

Hizbullah lideri, Səudiyyə Ərəbistanı və BƏƏ-yə, yeni havadan müdafiə sistemləri almaq əvəzinə Yəməndəki müharibəyə son verməyi tövsiyə edib.

"Tövsiyəm, perspektivinizi yenidən gözdən kəçirəsiniz. Yaxşı düşünün. Seçiminiz İranla müharibə olmasına dəyməz, çünki onlar sizi məhv edərlər. Siz Yəmənə qarşı müharibənin cavabını almağa başladınız.", -deyə Nəsrullah, hər iki ölkənin iqtisadiyyatının, BƏƏ-dəki göydələnlərdən misal gətirərək "şüşə kimi binalar" kimi olduğunu bildirib.

Hizbullah lideri Səudiyyə koalisiyasının 5 ildir qadın, uşaq demədən Yəməndə qətliam həyata keçirməsinə dünya ictimaiyyətinin göz yumduğunu, Aramcoya hücum olan kimi narahatçılığını da tənqid edib.

"Yəmənlilərin Aramcoya hücumu, müqavimət cəbhəsinin hücum və müdafiədə çox güclü olduğunun sübutudur", -deyən Nəsrullah Trampın Ruhani ilə görüşmək üçün can atdığının da səbəbini müqavimət cəbhəsinin gücü ilə əlaqələndirib.

Seyid Həsən Nəsrullah Səudiyyə Ərəbistanına İranla bağlı xəbərdarlıq edib.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 09-21-2019
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap