İran səfirliyi: Olimpiadada Qarabağdan olan komanda iştirak etməyib
Posted on : iran 09/18/2019
İranda keçirilən 51-ci erməni olimpiadasında Dağlıq Qarabağdan heç bir komanda iştirak etməyib.
Faktxeber.com bildirir ki, bu barədə "report"a İranın Azərbaycandakı səfirliyindən məlumat verilib.
"Tehrandan aldığımız məlumata görə, bu oyunlarda Qarabağdan komanda iştirak etməyib", - diplomatik nümayəndəlikdən bildiriblər.
Qeyd edək ki, daha əvvəl Azərbaycan KİV-də Tehranda keçirilən erməni olimpiadasında Ermənistanın işğal etdiyi Dağlıq Qarabağdan komandanın iştirak etməsi barədə məlumat yayılmışdı.