header

 Sədəqənin savabı aradan getsə, necə geri qaytarmaq olar?

Bir nəfər İmam Cavadın (ə) xidmətinə gəlir. Onun sevinci üzündən oxunurdu. Həzrət (ə) ona buyurur: “Səni şad görürəm. Səbəbi nədir?”.

Bir nəfər İmam Cavadın (ə) xidmətinə gəlir. Onun sevinci üzündən oxunurdu. Həzrət (ə) ona buyurur: “Səni şad görürəm. Səbəbi nədir?”.

 

Deyir: “Sizin atanızdan eşitmişəm ki, buyurub: “İnsanın şad olması üçün ən layiqli gün – o gündür ki, ona Allah tərəfindən din qardaşlarına sədəqə vermək və yaxşılıq etmək tövfiqi nəsib olar”. Bu gün din qardaşlarımdan on nəfər mənim yanıma gəlmişdi. Onlara qulluq etdim və hər birinə bir qədər yardım etdim. Ona görə də sevincliyəm”.

 

İmam (ə) buyurur: “Öz canıma and olsun ki, bu sevincə malik olmağa layiqsən bir şərtlə ki, o əməli məhv etməmiş olasan. Ya da bundan sonra məhv etməyəsən”.

Həmin şəxs deyir: “Necə məhv ola bilər ki? Mən sizin xalis davamçılarınızdanam”.

 

Buyurur: “Elə indi qardaşlarına etdiyin yaxşılığı məhv etdin”.

Soruşur: “Necə məhv etdim?”.

 

Buyurur: “Bu ayəni oxu: “Ey iman gətirənlər, sədəqələrinizi malını riyakarlıq və camaata göstərmək məqsədi ilə xərcləyən və Allaha və axirət gününə imanı olmayan şəxs kimi minnət qoymaq və əziyyət verməklə puça çıxarmayın”. (“Bəqərə” 264)”.

Deyir: “Axı mən yardım etdiyim qardaşlara nə minnət qoymuşam və nə də onları incitmişəm”.

 

İmam (ə) buyurur: “Sənin nəzərində sədəqə verdiyin kəsləri incitmək mühümdür, yoxsa sənə məmur olan mələklərimi, yoxsa bizimi?”.

Cavab verir: “Sizi və mələkləri incitmək”.

 

Həzrət (ə) buyurur: “Həqiqətən də məni incitdin”.

Soruşur: “Hansı əməlimlə sizin incitmişəm?”.

 

Buyurur: “O sözünlə ki, dedin biz sənin xalis davamçılarındanıq. Bilirsənmi ki, bizim xalis davamçılarımız kimlərdir?”.

Deyir: “Xeyr”.

 

Həzrət (ə) buyurur: “Salman, Miqdad, Əbuzər, Əmmar Yasir...

Özünü bu cür insanlarla bərabər tutdun. Məgər bu sözünlə məni və mələkləri incitmədinmi?”.

 

Deyir: “Əstəğfirullahə və ətubu ileyh. Bəs nə deyim?”.

Buyurur: “De, mən sizin dostlarınızdanam və dostlarınızın dostlarındanam”.

 

Deyir: “Mən elə bunu deyirəm və o şey ki, sizi incidib – ona görə tövbə edirəm”.

Həzrət (ə) buyurur: “İndi sədəqələrinin aradan getmiş savabları geri qayıtdı”. (Həvzəh)

Bir nəfər İmam Cavadın (ə) xidmətinə gəlir. Onun sevinci üzündən oxunurdu. Həzrət (ə) ona buyurur: “Səni şad görürəm. Səbəbi nədir?”.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 06-16-2019
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap