header

 Ənsarullah: “PUA-larla hücum Səudiyyə rejimi və BƏƏ-yə mesajdır”

Yəmənin Ənsarullah hərəkatı bəyanat verərək, mayın 14-ü Səudiyyə rejiminə qarşı pilotsuz uçuş aparatları (PUA) ilə təşkil olunan böyük əməliyyatın Səudiyyə rejimi və Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) bir xəbərdarlıq mesajı olduğunu bildirib.

Tashaio.com Əl-Məsirəyə istinadən xəbər verir ki, Yəmən ordusu Hərbi Hava Qüvvələrinə aid 7 PUA ilə Səudiyyə rejiminin neft obyektlərinə qarşı əməliyyat keçirildiyini təsdiq edib.

Ənsarullah hərəkatının Siyasi Bürosunun üzvü Muhəmməd Əl-Buhəyti açıqlama verərək, bu əməliyyatın Yəmən xalqının özünü müdafiə etmək hüququ əsasında reallaşdığını qeyd edib.

“Səudiyyə rejimi və BƏƏ tərəfindən hücumların artırılmasından sonra, Yəmən qüvvələri PUA-larla Səudiyyə rejimi və BƏƏ-nin daxili hissələrindəki hədəfləri vurmaq siyasətini yerinə yetirdi. Səudiyyə rejimi öz hesablamalarını nəzərdən keçirməlidir və müharibə yaymaq əvəzinə region və öz xalqlarının xeyrinə hərəkət etməsini tövsiyyə edirik. Yox əgər Səudiyyə rejimi öz hesablamalarını nəzərdən keçirməsə, bilsin ki, onları qarşıda çox böyük bir müharibə gözləyir”, - deyə Buhəyti bildirib.

Yəmənin Ənsarullah hərəkatı bəyanat verərək, mayın 14-ü Səudiyyə rejiminə qarşı pilotsuz uçuş aparatları (PUA) ilə təşkil olunan böyük əməliyyatın Səudiyyə rejimi və Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) bir xəbərdarlıq mesajı olduğunu bildirib.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 05-15-2019
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran

Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap