header

 Allahdan möhlət istəmək necə olur?

Uca Allahdan necə möhlət istəyə bilərik? Bu barədə Qurani-Kərimdə buyurulur: “Ey Rəbbimiz, yaxın bir müddətədək bizi(m əzabımızı) təxirə sal ki, Sənin dəvətini qəbul edək və peyğəmbərlərinə tabe olaq”. (“İbrahim” 44).

Bu ayəyə nəzər salan zaman görürük ki, bizə ilk olaraq Qiyamət gününü xatırladır. Ancaq ayəyə diqqətlə baxanda görmək olur ki, dünyada olan İlahi əzabdan danışır. Çünki əzabı təxirə salmaq, Allahın dəvətini qəbul etmək və peyğəmbərlərin (ə) ardıcılı olmaq – dünyaya aid olan mövzudur, Qiyamətə deyil.

Qiyamət günü daha çox bəndələrin dünyaya geri qayıtmaq xahişi diqqətimizi cəlb edir. “Belə isə (buradan) çıxmaq üçün bir yol varmı?”. (“Ğafir” 11).

“Ey Rəbbimiz! (vəd verdiyin şeyi öz gözümüzlə və qulaqlarımızla) gördük və eşitdik, belə isə bizi geri qaytar ki, yaxşı işlər görək”. (“Səcdə” 12).

“Onlar orada dad-fəryad edərlər: «Ey Rəbbimiz, bizi (buradan) çıxart ki, (indiyədək) etdiklərimizdən fərqli olaraq yaxşı işlər görək»”. (“Fatir” 37).

Bu ayələrdən belə nəticəyə gəlmək olur:

1. Günahkarlar bu dünyadan peşman halda gedərlər və əldən verdikləri fürsəti geri qaytara bilməzlər.

2. Nicat yolu peyğəmbərlərin (ə) ardıcılı olmaqdadır. (Beytutə)

Ona görə də hər kim Allahdan möhlət istəyərsə, gərək Allahın dəvətini qəbul edib, onun elçilərinin ardıcıllarından olsun. Ancaq o zaman dünya və axirətin bəlalarından xilas ola bilər və həqiqi nicata çatar.

Uca Allahdan necə möhlət istəyə bilərik? Bu barədə Qurani-Kərimdə buyurulur: “Ey Rəbbimiz, yaxın bir müddətədək bizi(m əzabımızı) təxirə sal ki, Sənin dəvətini qəbul edək və peyğəmbərlərinə tabe olaq”. (“İbrahim” 44).
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 05-04-2019
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran

Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap