Tacikistanda 2 il öncə bağlanan 1700 məsciddən 594-ü yenidən fəaliyyət göstərəcək
Posted on :
Digər sahələr
05/04/2019
Tacikistan hökuməti 2 il öncə bağladığı 594 məscidi yenidən açmağı planlaşdırır.
Tacikistan hökuməti 2 il öncə bağladığı 594 məscidi yenidən açmağı planlaşdırır.
Tashaio.com “dunyabulteni”ə istinadən xəbər verir ki, Tacikistan Dini Komitəsi artıq açılacaq məscidlərin siyahını hazırlayıb və president administrasiyasına təqdim edib.
Məlumata görə, hökumət bu qərarı çox sayda insanların məscidlərin açılması tələbi ilə müraciətlərindən sonra qəbul edib.
Yenidən fəaliyyətə başlayacaq məscidlər daha çox uzaq kənd və qəsəbələrdə yerləşən məscidlərdir. Orada yaşayan əhali namaz qılmaq üçün qonşu bölgələrə gedib-gəlməsinin çətin olmasını nəzərə alaraq hökumət həmin ərazilərdə məscidlərin fəaliyyətinə yeindən izn verməyi planlaşdırır.
Məluamtda məscidlərin hansı tarixdən yenidən fəaliyyətə başlayacağı açıqlanmayıb.
Qeyd edək ki, 2017-ci ildə Tacikistan hökuməti 1700-dən çox məscidin qapısını bağladı və məscidlərdə fəaliyyəti qadağan etdi.
2018-ci ildə əhalinin müraciətləri ilə 123-dən çox məscid yenidən fəaliyyətini bərpa etsə də hələ də bağlı məscidlərin sayı kifayət qədərdir.