header

 Tacikistanda 2 il öncə bağlanan 1700 məsciddən 594-ü yenidən fəaliyyət göstərəcək

Tacikistan hökuməti 2 il öncə bağladığı 594 məscidi yenidən açmağı planlaşdırır.

Tacikistan hökuməti  2 il öncə bağladığı 594 məscidi yenidən açmağı planlaşdırır. 
 
Tashaio.com “dunyabulteni”ə istinadən xəbər verir ki, Tacikistan Dini Komitəsi  artıq açılacaq məscidlərin siyahını hazırlayıb və president administrasiyasına təqdim edib. 
 
Məlumata görə, hökumət bu qərarı çox sayda insanların  məscidlərin açılması tələbi ilə  müraciətlərindən sonra  qəbul edib.  
 
Yenidən fəaliyyətə başlayacaq məscidlər daha çox uzaq kənd və qəsəbələrdə yerləşən məscidlərdir. Orada yaşayan əhali namaz qılmaq üçün  qonşu bölgələrə gedib-gəlməsinin çətin olmasını nəzərə alaraq hökumət həmin ərazilərdə məscidlərin fəaliyyətinə yeindən izn verməyi planlaşdırır. 
 
Məluamtda məscidlərin hansı tarixdən yenidən fəaliyyətə başlayacağı açıqlanmayıb. 
 
Qeyd edək ki,  2017-ci ildə  Tacikistan hökuməti 1700-dən çox məscidin qapısını bağladı və məscidlərdə fəaliyyəti qadağan etdi. 
 
2018-ci ildə  əhalinin müraciətləri ilə  123-dən çox məscid yenidən fəaliyyətini bərpa etsə də hələ də bağlı məscidlərin sayı kifayət qədərdir. 
Tacikistan hökuməti 2 il öncə bağladığı 594 məscidi yenidən açmağı planlaşdırır.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 05-04-2019
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap