header

 Qəzzada Böyük Qayıdış yürüşünün ildönümündə 3 fələstinli şəhid olub (FOTO)

Qəzzada Böyük Qayıdış yürüşlərinin ildönümü ilə əlaqədar keçirilən növbəti etiraz nümayişində 3 fələstinli işğalçı İsrail rejim qüvvələri tərəfindən şəhid edilib.

Qəzzada Böyük Qayıdış yürüşlərinin ildönümü ilə əlaqədar keçirilən növbəti etiraz nümayişində 3 fələstinli  işğalçı İsrail rejim qüvvələri tərəfindən şəhid edilib.
 
Tashaio.com xəbər verir ki, bu barədə Qəzza Səhiyyə Nazirliyinin mətbuat katibi Əşrəf əl-Qidra məlumat verib.
 
Bildirilib ki, bu gün keçirilən aksiyada 300-dən çox fələstinli yaralanıb.  Yaralananlar arasında 7 jurnalist, uşaq və qadınlar da var. 
 
Bildirək ki, bu gün Qəzzada Torpaq Günü və Böyük Qayıdış yürüşlərinin birinci ildönümü qeyd olunur. Bununla əlaqədar minlərlə insanın Qəzza sərhədləri boyunca İsrailin işğalçılıq və blokada siyasətinə etiraz etməyə toplaşacağı gözlənilir. Ötən həftədən bəri nümayişdə 1 milyon insanın iştirakı ilə bağlı çağırışlar və müraciətlər səsləndirilib.
 
Bildirək ki, 1 il ərzində hər cümə günü keçirilən Böyük Qayıdış yürüşlərində 274 nəfər öldürülüb, 30 min nəfərə yaxın insan isə yaralanıb.
 
 
 
 
 
 
 

Qəzzada Böyük Qayıdış yürüşlərinin ildönümü ilə əlaqədar keçirilən növbəti etiraz nümayişində 3 fələstinli işğalçı İsrail rejim qüvvələri tərəfindən şəhid edilib.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 03-31-2019
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap